Yoldaşımı yanındakı qadın qoymur gəlməyə - oxucu məktubu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 11 208
Səs ver:
(səs: 1)
Salam 14 ildiki evliyəm. 3 qızım var. Yoldaşım məni 3 uşaqla tək qoyub, Ukraynaya gedib.
Ərim gününü internetdə keçirirdi, mən də çox da fikir vermirdim, deyirdim başını qatır. Amma səhv etmişəmmiş, onun başını qatmağı bizə baha başa gəldi.
Odnoklassnikdə  bir qadınla tanış olub, onun yanına getdi. Mən çıxılmaz vəziyyətdə qalmışam üç uşaqla, atamgil də imkansızdı . Mənə kömək edə bilmirlər. Anam xəstədi bizə gələ bilmir. Böyük qızımın 13 yaşı, ikincinin 5, balacanın 1 yaşi var . Uşaqları böyük qızıma əmanət edib , işə gedirəm. Yaşlı bir yatalaq qadına qulluq edirəm. Ayda 150 manat alıram. Uşaqlarıma çatmır bu pul. Yoldaşıma zəng edib, ağlayaraq deyirəm gəl, uşaqlara baxa bilmirəm. Yanındakı qadın qoymur gəlməyə. O özü də heç gəlmək istəmir. Çox çarəsizəm. Maddi köməyim də yoxdu. Boşanmağa qərar verdim sonunda... Ama boşansam onun evindən çıxmalıyam. Hara gedəcəm 3 uşaqla. Gecə gündüz fikirləşirəm. Özüm hicablı qadınam 30 yaşım var. Yoldaşım məni bəyənmir. Mən sizdən məsləhət istəyirəm. Əziz userlər, mən nə edim bilmirəm. Boşanımmı, ya səbr edim, gözləyimmi ərimi bəlkə qayıtdı?
Mənə bir məsləhət verin.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 11 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri