Qaynım mənə təcavüz etmək istədi - oxucu məktubu

Müəllif: Qlamurr
Şərhlər: 18
Baxılıb: 26 573
Səs ver:
(səs: 6)
27 yaşım var . Bir neçə dəfə elçi gəlsə də ya mən razılaşmamışdım, ya da valideynlerim. Axır ki, hamımızın ürəyincə olan uzaq qohumumuz elçi gəldi, ailə həyatı qurdum. Qaynanamgildən birlikdə yaşayırdım, heç bir narazılığım yox idi, evdə hamı işləyirdi, səhər olan kimi, işə gedirdilər, evdə bircə qaynım qalırdı. Evləri yığışdırırdım, hiss edirdim ki, qaynım məni izləyir, gözünü məndən çəkmirdi, imkan düşən kimi toxunmağa çalışırdı, Bu münasibət məni narahat edirdi, yoldaşıma dedim olanları, o sə üstümə qışqırdı. Inanmadığını söylədi, məni yalançılıqda ittiham etdi.
Bir gün evdə heç kim yox idi,hamamdan çıxdım, yataq otağımıza gedəndə kimsə məni qucaqladı, qaynim idi, qollarından çıxmağa çalışdım, qışqıra bilmirdim, ağzįmı tutmuşdu. Təpiknən onu vurdum, tez qaçdım yataq otağımıza qapını bağladım çox qorxmuşdum... O isə dəli kimi qışqırırdı, deyirdi ki kiməsə desəm, mənim ona özüm yaxınlaşdığımı deyəcək. Tez otaqdan yoldaşıma zəng etdim. O evə gəldi, çox hirsli idi, gələn kimi məni döyməyə başladı heç nə anlamadım, çox pis sözlər deyir və məni döyürdü, atamgilə zəng etdi gəlib məni aparsınlar...
Demə qaynım yoldaşıma mənim onu sediyimi, arxasınca düşdüyümü, onunla yaxın münasibətdə olmaq istədiyimi deyib. Nə qədər yalvardım, and içdim...Qardaşına inandı, mənə inanmadı.
Məni biabırçılıqla atamgilə qaytardı. Bilmirəm nə edim, ətrafdakılaı və ərimi necə inandırım, öz günahsızlığımı necə sübut edim axı...Çox çarəsizəm. Bu damğa ilə necə yaşayım bilmirəm...Sizdən məsləhət istiyirəm. Mənə kömək edin yalvarıram.
(səs: 6)
Şərhlər: 18
Baxılıb: 26 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri