Toydan əvvəl ediləsi işləri...

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 578
Səs ver:
(səs: 0)

 
Gəlin namizədləri  bədənlərindəki müxtəlif estetik problemləri aradan qaldırmağa çalışırlar. Çünki istənilən gəlinin arzusudur ki, həyatının unudulmaz günündə ideal görünsün.
Toy günü gəlinliyinizin dekolte olduğunu istəyirsinizsə və sinə əməliyyatına ehtiyacınız varsa, o zaman toya ən az 1 ay qalmış bunu etdirmək lazımdır.
Bir çoxumuz isə qulaqlardakı anadangəlmə çömçə quruluşunun olmasına görə kompleks yaşayırıq. Toyda çömçə qulaqların necə görünəcəyini özünüzə dərd etməyin. Çünki çömçə qulaq problemi çox sadə bir şəkildə öz həllini tapa bilər. Məsləhət görülür ki, bu cür qulaqlar uşaq yaşlarında aradan qaldırılsın. Yox, əməliyyat uşaq vaxtı edilməyibsə, toya ən azı 3 həftə qalmış əməliyyat etdirmək mümkündür. Çömçə qulaq əməliyyatı 1,5-2 saat davam edir və əməliyyatdan sonra xəstə ayağa qalxıb evə gedə bilər. 4-7 gündən sonra isə normal ictimai həyatına davam edir. 
Dişlərinizin bəyazlığından məmnun deyilsinizsə, toydan ən az 5 gün əvvəl diş ağartma əməliyyatını etdirmək düzgün olardı. Nəticədə isə, toyda inamla və rahatlıqla hər kəsə gülümsəyə bilərsiniz. Fotolara da gülən  və gözəl simanız  həkk olunacaq.
Toydan əvvəl botoks etdirməyi və ya plomb qoydurmağı düşünürsünüzsə, bunları həmin şad günə ən azı 10 gün qalmış etdirmək lazımdır. Bir sözlə, gəlinin toy günü bir ulduz kimi parıldaması üçün hələ toya bir neçə ay əvvəldən hazırlaşmaq, imkan daxilində bəzi estetik problemləri aradan məsəhətdir!

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri