Uğurlu qadınların həyat prinsipləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 568
Səs ver:
(səs: 0)
Gülərüz, günəş kimi parlaq, nurlu xanımlar gündəlik həyatda daha çox uğur əldə edir, hər yerdə seçilirlər. Çünki təbəssüm və gülərüz uğur qazanmağın birinci şərtdidir. İnsanların ətrafa ötürdükləri müsbət aura onların özünə qayıdır. Bəs onların belə gözəl görünməsinə və dodaqlarından təbəssümün əskik olmamasına səbəb nədir? Genin təsiri? Problemsiz həyat? Gözəllik salonlarının təsiri? Və s.

Qadinla.com xarici mətbuata istinadən uğurlu qadınların həyat prinsiplərini təqdim edir:

Qadınlar kişilərə nisbətən daha fədakar olduğu üçün ailələrinə, evlərinə, xüsusən də uşaqlarına pul xərcləyib ehtiyacları ödəməyi sevirlər. Amma özlərinə növbə çatanda bir az xəsislik edirlər. Amma hərdən siz də ərköyünlük edib heç olmasa, ayda iki dəfə sevdiyiniz mağazadan özünüzə hədiyyə etməyə haqqınız var. Alış-veriş xanımlarda xoş-əhval ruhiyyə yaradır. Depressiyadan xilas olmağa kömək edir.

Neyrobioloqların fikrincə, idrak məşğələləri insana çox yaxşı təsir göstərir. Bu məşğələlər insanda olan 5 hissdən istifadə etməklə əldə edilir. Bu da əsəb sisteminin yaxşılaşmasına gətirib çıxardır.

Qorxu bəzən insanı qocaldır. Biz işimizi, sevdiyimiz insanı itirməkdən qorxuruq. Kiminsə xətrinə dəyməyə qorxuruq. Hətta uşaqlara verdiyimiz sevginin də qarşlığını ala bilməməkdən qorxuru. Amma bəzən risklər insanda həyatı sevmək üçün adrenalin rolunu oynayır. Odur ki, kiçik risklər sizin dadınıza çatacaq.

Bir sıra mənfi emosiyalardan özünüzü kənar tutun. Pis fikirləri uzaqlaşdırın. Sadəcə inanın ki, hər şey yaxşı olacaq. Pozitiv fikirlər pozitivlik gətirir.

İdmanla məşğul olun. Sağlam həyat yaşamağınıza, gözəl görünmənizə kömək edəcək. Həm də özünü daha güclü hiss etdiyiniz üçün özünüzə olan inam da artacaq.

Özünüzdə bir az yumor hissini yaradın. Hər şeyi ciddi qəbul edib, dərinliyə gedib problem yaratmaq heç kimə kömək etməyib. İnanın ki, siz də istisna deyilsiniz.

Siturs bitkilərinin iyi müsbət aura yaranmasında sizə başlıca yaradımçı vasitə olacaq.

Maliyyə məsələlərini planlı şəkildə həll edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri