Qadınların kişilərdə axtardığı xüsusiyyətlər

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 3 407
Səs ver:
(səs: 1)
Bir qadının bir kişidən təsirlənməsi və onu önəmsəməsi üçün əhəmiyyətli gördüyü nöqtələrin nələr olduğunu bilirsinizmi?

1.Zəka.
Ağıllı insanları kim sevməz ki?Ancaq qadınların kişilərdə ən dözülməz bildiyi şeylərdən biri ağıllı olmamalarıdır.Tez problem həll edə bilən və problem çıxartmaq əvəzinə həll tapa bilən kişilər qadınların hər zaman xəyalı olublar.
Bu xasiyyətdə olan kişilər:əgər ağıllı bir qadınla qarşı qarşıyasınızsa,sizdən çoxdan təsirlənib deməkdir.

2.Qüvvətli hisslər.
İncə ruh biz qadınların əhəmiyyət verdiyi bir başqa nöqtədir.Sərt,güclü və kobud görünüşünün altında incə bir ruha sahib olan bir kişinin qarşısında hər qadın təsirlənir.Kiçik sürprizlər edə bilən,qadının əhəmiyyət verdiyi detalları nəzərdən qaçırmayan,müəyyən tarixləri,müəyyən dövrləri yaddaşında tuta bilən kişilər qadınların gözündə həmişə yüksək yerdədirlər.

3.Baxım,səliqə.
Özünə diqqət göstərməyi,özünə və qarşısındakına hörmət edərək düşünən biz qadınlar baxımlı bir kişi görəndə heyranlıqla izləyirik.Bir qadın üçün ilk öncə əlbətdəki təmizlikdir.Tər qoxusu verən,çirkli paltarlar ilə gəzən,saçı-başı bir-birinə qarışmış bir kişini bəyəndiyini heç bir qadın deyə bilməz.Əlbəttə bəhs etdiyimiz yaraşıqlı kişi belə bir qadın qədər gözəl və baxımlı deyil.Ancaq görünüşünə diqqət göstərən bir kişi qadın gözündə hər zaman bir addım öndədir.

4.Əxlaq.
"Adam kimi adam" ifadəsini çox istifadə edirik.Bəs biz qadınlar bununla demək istəyirik?Harada necə davranması lazım olduğunu bilən,sözləri kobud olmayan,heç olmasa bizim yanımızda davamlı söyüş söyməyən,ailəsi ilə yaxşı münasibəti olan,pulunu özü qazanan və lazım olduğu kimi xərcləməyi bilən,səviyyəli,dürüst kişilərə aid edirik bu kəliməni.Həyat haqqında qərarlarını verə bilməmiş və yerini tapa bilməmiş kişilər qadınların çox vaxt seçdiyi kişi tipinə uyğun gəlmir.

5.İnam,güvən.
Hər nə qədər kişilərə inam olmaz deyə düşünsək belə əslində həqiqətən güvənə biləcəyimiz,şəxsiyyət olduğuna inandığımız kişilər girir həyatlarımıza.Və onun bu qədər güvənə biləcəyimiz bir kişi olduğundan ondan ayrılmamız da asan olmur.Bu xarakterdə olan kişilərə qəlbən bağlanır,onları öz qəhrəmanımıza çeviririk.

İnanıram ki,sevib seçdiyiniz bütün kişilərdə bu xasiyyətlərin olmasını istəmisiz,bəs bu xasiyyətlərin hansını onlarda tapmısınız?Sevdiyiniz insan sizin qəhrəmanınız olmağı bacarıbmı?
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri