Xanımlar, diqqət: Babet ayaqqabıların bu qədər zərərli olduğunu bilmirdiniz

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 3 296
Səs ver:
(səs: 2)
Havaların isinməsi ilə bərabər mağazalarda müxtəlif çeşiddə, rəngdə babet ayaqqabılar satılmağa başlayır. Bu ayaqqabılar yastı dabanlı və rahat olduğu üçün xanımlar tərəfindən daha çox seçilir. Mütəxəssislər isə bildirir ki, əslində bu cür ayaqqabılar insan sağlamlığına zərərlidir. Qadinla.com babet ayaqqabıların insan orqanizminə vurduğu zərərlə bağlı məlumatları diqqətinizə çatdırır.

Babet ayaqqabılardan çox istifadə etdikdə bədəndə fiziki pozulmaya səbəb olur. Yerimə əsnasında bədən dabanlara təzyiq edir, beləcə, vücudun bütün ağırlığı ayaq biləklərinə enir. Bu hal da ayaq və bel sümüyündə pozulmalar meydana gətirir, onurğa əyriliyi və bel yırtığı kimi xəstəliklər də ortaya çıxarır.

Eyni zamanda, babet ayaqqabılar ayaqda qalınlaşmaya və yeriyərkən forma pozuntusuna da səbəb ola bilir. Ayaq pəncəsi daim yerə düz basıldığı üçün yeriyərkən dizlər basqıya uğrayır və bu da zamanla diz sümüyündə əyilmə yaradır.

Mütəxəssislərin vurğuladığı bir digər təhlükəli hal isə ucuz vasitələrdən hazırlanan babet ayaqqabılardır. İnsan sağlamlığına mənfi təsir edən maddələrlə istehsal olunan babet ayaqqabı, barmaq arası infeksiya, ayaqlarda şiş və göbələk kimi müxtəlif dəri problemlərinin ortaya çıxmasına səbəb olur.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 3 296
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri