Ağlınız varsa, bunları öyrəndikdən sonra evlənməyin!

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 1 790
Səs ver:
(səs: 0)
Evlilik yeni həyat və xoşbəxtlik deməkdir.Lakin evliliyin acı həqiqətləri və çətinlikləri də var. Ağlınız varsa, bunları öyrəndikdən sonra evlənməyin.

Gözəl və balaca evdə xoşbəxt həyat sürürlər...
Bu ancaq nağıllarda belə olur. Evlilik siz düşündüyüz kimi sevgi oyunlarından ibarət deyil. Gözünüz qorxmasın bu yazı sizi evlilikdən uzaqlaşdırmaq üçün nəzərdə tutulmayıb. Əksinə, çətinlikləri öyrənin və gələcək həyata tam hazır olun. Dözə bilməyəcəyinizi düşünürsünüzsə, evlilik planlarını bir müddət təxirə salmaqda fayda taparsınız.

Ev işləri iki dəfə artıb
Əvvəl ancaq öz işlərini və tək, yaxud ananızın yardım ilə görürdünüzsə, evləndikdən sonra bu işlər iki dəfə artacaq. Artıq işdən evə gəldiyiniz zaman yeməyinizi ananız deyil, özünüz hazırlamalı olacaqsınız. Hazır və dadlı yeməklərə əlvida deməyə razısınızmı? İkinəfərin geyimlərini ütüləməli olacaqsınız. Bu günün işlərini sabaha qoya bilməyəcəksiniz. Bütün ev işlərini görüb özünüzdən başqa bir adama da qulluq etməli olacaqsınız.

Artıq hazırlıqsınız
Əvvəllər onunla görüşdüyünüz günün səhəri yaxşı hazırlanar və yuyunardınız. Makiyaj edib bəzənər və saçınızı istədiyiniz kimi düzəldərdiniz. Ən gözəl geyimi geyinib saatlarla ayna qarşısında dayanardınız. Bir-birinizin qarşısına hər zaman hazır vəziyyətdə çıxardınız. Amma artıq hər zaman hazırlıqsız görüşməyi vəbütün günü bir yerdə olmağı bacaracaqsınızmı? Səhər yuxudan makiyajla qalxa bilməyəcənizi yaxşı bilirsiniz. Yəni, ən qorxulu halınızı görməyə hazır olun.

Dəyişdirə biləcəyin tək şey özün olacaqsan
Evlilik sənə güzəştə getməyi, səbirli olmağı öyrədəcək. Özünün qoyduğun qayda və qanunlara həyat yoldaşının adapta olmasını boşuna gözləmə. Bir gün yemək hazırlamaq istəmirsənsə, onun üçün məcburən hazırlamalı olacaq və iki həyatı paylaşmağın çətinliklərinə dözməli olacaqsan.

Bir gün mütləq özündən soruşacaqsan?
Bir səhər yuxudan qalxanda və ətrafa baxdığınız zaman özünüzə bu sualı mütləq verəcəksiniz? "Hər səhər belə olacaq?” Bir-birinizi nə qədər sevsəniz də, nə qədər yaxşı yola getsəniz də, səhər yuxudan hər dəfə eyni vəziyyətdə qalxmaqdan yorulacaqsınız.

Əsəbi halda yatmayın
Ciddi mübahisə etdikdən sonra yatmaq istədiyiniz zaman "Yatağa küsülü halda girməyək və səni bağışlayıram” deyə bir şey yoxdur, bunu qəbul edin. Hətta əsəbiniz bir neçə gün davam edə bilər.

Bütün bunlara baxmayaraq...Bunlar evlilik həyatının ən acı həqiqətləridir. Bütün çətinliklərə baxmayaraq, evlilik həyatı hər iki cinsə çox şey öyrədir. Bilmədiyiniz tərəfləri üzə çıxaracaq və özünüzü daha yaxşı tanımağa şərait yaradacaq. Ən vacibi isə yaxşı və pis günləri sevdiyiniz insanla yaşayacaq və yanında olacaqsınız.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri