Kişiləri özünüzə bağlamanın 5 sirri (Xanımlara özəl)

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 662
Paylaş:
Səs ver:
(səs: 0)
Kişiləri özünüzə bağlamanın 5 sirri (Xanımlara özəl)

Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur "qadin hiylələrini” təqdim edirik:

1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLCATMAZ OLUN.
Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər. Həyat kişilər üçün döyüş meydanıdır – Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbəolmalıdır. Onlar hər zaman Sizin sevginizi, rəğbətinizi, hörmətinizi qazanmağa çalışmalıdırlar. Hər gün, hər zaman o, bir addım öz məqsədində irəli getməlidir. Amma əgər yoldaşınız hiss etsəki, artıq sizə qalib gəlib, o, dərhal özünə başqa bir hədəf axtaracaq. Buna isə yol vermək olmaz.

2. SON QƏRAR QƏBUL ETMƏK ŞANSINI KIŞILƏRƏ VERIN
Xüsusilə, qonaqlıqda, evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki, onun yoldaşı ağıllıdır, hökmlüdür, əsl ailə başçısıdır. Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər, hətta belə olmadıqda. Qadındaim bu barədə düşünməlidir, şübhəsiz, əgər ailəsinin möhkəm olmağını istəyirsə. Uşaqlar, qoyum-əqraba bilməlidir ki, ailəni kişi qəbul edən qərarlar tənzimləyir. Halbuki, məlumdur ki, güclü ailəni – güclü, qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur!

3. TƏNQIDDƏN UZAQ OLUN!
Bu mərhələdə qadın əsl bacarıqlarını nümayiş etdirməlidir. Xoş sözlə, düzgün hərəkətləri tə'rifləməklə - mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür. Tənqid, iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər. Ehtiyyatlı olun!

4. EVINIZ RAHAT VƏ SƏLIQƏLI OLSUN.
Ağır, çətin iş günündən sonra hər bir kişirahat, sakit, onu sevən insanlar olan evə qayıtmaq istəyir. Çalışın onun bu tələbatlarını ödəyin. Axı bu çox asan üsuldur, xüsusən, sevən qadın üçün!

5. ÖZ MARAQLARINIZI UNUTMAYIN!
Bəzi qadınlar evlilik zamanı yalnız, yoldaşlarının maraqları ilə yaşayırlar. Özlərini unudur, ikinci plana çəkir. Bu nəinki qadını, hətta bütün ailəni ucuruma apara bilər. Çünki, hər bir insanın uzun müddət səbirli, dözümlü, hövsələli olması sonda əsəbliliklə, psixolojı travmalarla nəticələnir. Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir, hər birinin maraqları, məqsədləri olmalıdır.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 662
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqsiz xeberdir
11 iyul 2018 20:21
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
CANAN
Xeber ucun tsk.
Oxumaq yaxsi oldu bulari hezir mariflendim
6 iyul 2018 22:37
2
canan qizim sirin seker qizim.
Offline
Cema_Axodova
5ci punkt menim padruwkama aiddi.hemiwe ona deyirem arada ozuvu duwun.hamini duwunursen deye ozune vaxt qalmir. sen ayirmirsan deye ozune vaxt kimsede seni duwunmur.
6 iyul 2018 18:12
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri