Qadınların bəzənmək səbəbləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 190
Səs ver:
(səs: 2)
Hər qadının geyinmək üçün şəxsi səbəbi var. Sevgilisinə, yoldaşına özünü bəyəndirmək ya da bəzən qadın dostlarını qısqanc baxışları üçün geyinirlər.

Hər zaman cazibədar olan qadınlar

Bəzi qadınlar üçün vacib olan dəyişikliklərin ön planda olmasıdır. Çox vaxt da buna görə geyinməyə üstünlük verirlər. Dar cinslər, yaxası açıq köynəklər, mini ətəklər qarderoblarında üstünlük təşkil edir. Bu qadınlar "Özümü cəzibədar hiss etməyi çox sevirəm. Kişilərin diqqətini çəkmək xoşuma gedir. Belə zamanlarda qadınların da, gizli baxışlarını öz üzərimdə hiss edirəm" şəklində özlərini ifadə edirlər.

Özlərinə olan əminliyi paltarlarından alanlar

Araşdırmalar göstərir ki, gözəl paltarlar geyinmək bəzi qadınların özünə güvənini artırırmış. Bu qrupa girən qadınlar " Özümə güvənim artır. Özümü qaha güclü və cazibədar hiss edirəm. Beləliklə, kişilərin diqqətini çəkirəm" şəklində özlərini ifadə edirlər. Haqsız da sayılmazlar. Hansımız özümüzü pis hiss etdiyimiz bir anda geyinib bəzənməyi həll yolu olaraq görmədik?

Yenə də insan sonsuzadək bu şəkildə özünü aldada bilməz. İnsan ya da şəxsi həyatda müvəfəqiyyətli və xoşbəxt olmanın ilk şərti "özünü sevmək və əvvəlcə özünə inanmaqdır". Yaxşı geyinmək sadəcə köməkçi bir faktor olmalıdır.

Başqa qadınları qısqandırmaq üçün geyinənlər

Bəzi qadınlar, daxili hüzurlarını başqa qadınları qısqandıraraq kəşf edirlər. Bu qadınların məqsədi, həmcinslərindən, paltarları üçün bir reaksiya almaqdır. Çox zaman gözlərdəki qısqanclıq ifadəsi üçün dünyaları verərlər. Ancaq bir yandan da qadınlar üçün geyindiyinizdə onlar tərəfindən bəyənilməniz sizi kişilərin də bəyənəcəyi mənasına gəlmir. Çünki qarışıq şeylər kişilərin marağını qadınlarınkı qədər çəkmir.

Öz tərzini yaradanlar

Bu qadınlar doğuşdan stilə sahibdirlər. Geyimləri ilə girdikləri mühitdə hər zaman maraq dairəsi yaradırlar. Paltarları onların necə bir insan olduğunu da göstərir. Onlar üçün modadan əvvəlcə özlərinə yaraşan gəlir. Əllbəttə, heç birimiz modelyer deyilik, amma özümüzə yaraşanı zamanla tapa bilərik. Bəlkə də, dəbi izləmək stilimizi yaratmağımıza mane olur.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri