Subay qızları özündən çıxaran HALLAR

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 406
Paylaş:
Səs ver:
(səs: 0)
Adətən havalar mülayim olan fəsillərdə subayların ard-arda toy xəbərlərini eşidir, toy dəvətnamələrini alırıq. Sağ əlləri subayların başına. Ancaq sağ əl çəkməklə iş bitmir. Ətrafında hər gün yeni bir toy xəbəri eşidən subay qızların içi qan ağlayır sanki. Ailem.az subay qızları özündən çıxaran halları təqdim edir.

Subay qızlar “sənin üçün olsun, sağ əlim sənin başına” deyənlərdən bezib artıq. “Onsuz da öz dərdimiz özümüzə yetir, bir də siz başlamayın. Süni, məcburi gülüşlərə görə sonda üz iflici keçirəcəyik”, – deyə düşünərlər.

Toyda sizinlə həzin musiqini oynayacaq yaraşıqlı bir bəy tapmamaq lap böyük bir dərddir.

Yay fəslində edə biləcəyiniz bir çox əyləncələr olduğu halda, sizi məcburən hər həftəsonu bir qohumunuzun, ya tanışınızın toyuna sürükləyirlər.

Toyda gördüyünüz bütün yaraşıqlı oğlanların hər birinin sevgilisinin olduğunu bilib məyus olmaq.

Dostlarınızın subay və sizinlə yaşıd dostları var, ancaq onlarla tanış deyilsiniz. Belə iş olmaz!

Toylarda dikdaban ayaqqabı ilə rəqs edib yallı getmək subay qızların öhdəsinə düşür.

Rəfiqəniz toy stressini sizdən çıxarır. Buna nə qədər dözsəniz də, sonda quru bir təşəkkürə layiq görülmürsünüz. Ancaq yenə də sizi öldürmədiyinə şükür edin, təşəkkür gözləməyin.

Geyinməyəcəyi halda həmin sezonun bütün gəlinlik modellərindən xəbərdar olmaq.

Evli dostlarınızın “Facebook” profillərinin toy şəkilləri ilə zəbt edilməsi bir dərddir.

Subaysansa, toy günü əsəbləşmə, heç bir problem çıxartma, ancaq gül. Yoxsa “qısqanır” deyəcəklər.

Yeni evlənən cütlüyün bal ayı hekayələrini “köks ötürərək” dinləmək.

Uzaqda yerləşən restorana toya gedərkən çox hazırlaşmanıza ehtiyac yoxdur. Onsuz da ora gedib çatanda evdəki görünüşünüzdən əsər-əlamət qalmır.

Nə etsəniz də, evli dostlarınız subay halınızla belə xoşbəxt olduğunuza inanmazlar.

Subaysınızsa, evli dostlarınız sizin hələ də subay qalmanızın səbəblərini axtarırlar. “Qismət” deyilən bir şeyi başa düşməzlər.

Gül tutma mərasimində həmişə öndə durub gülü tutmağa çalışmaq, döyüşçünün düşməni hədəfə almasına bənzəyir. Tuta bilmədikdə isə “bu ildə evdə qaldın” kəlmələrini eşitməyə məcbur olurlar.

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 406
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gülşən
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


Sitat: vipbetul
bu paxilliq elametleridir

Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 avqust 2018 16:23
7
İyiler kaybetmez, kaybedilir!
Offline
YalniZ-ArZu
Subaysansa, toy günü əsəbləşmə, heç bir problem çıxartma, ancaq gül. Yoxsa “qısqanır” deyəcəklər.

bizim millet deyir vallahi bu sozu...qizlar diqqetli olun kiminse toyunda falan.
ela meqale idi can, maraqla oxudum subay vaxtlarim yadima duwdu lap 122
13 avqust 2018 08:47
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Son Bahar
Ona görədə tezliklə ərə gedin qizlar hh

Şərhləriniz üçün təşəkkür
12 avqust 2018 01:54
5
Offline
fiyonik
Vsllah eledi heeee
11 avqust 2018 22:22
4
But my dear it is not Wonderland you are not Alice
Offline
vipbetul
bu paxilliq elametleridir
10 avqust 2018 10:35
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Eh subayam hamisini yasamisam.Hec vecime almiram
9 avqust 2018 22:08
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
9 avqust 2018 21:50
1
Seni cooxx sevirem heartEsgerimheart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri