Saç aksesuarları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 661
Səs ver:
(səs: 1)

 

Saç düzümü nə qədər dəbli və zövqlü olsa belə saça vurulan aksessuarlarsız mümkün deyil. Çünki saçdakı hər bir aksessuar ona xüsusi gözəllik, sahibinə isə yaraşıq gətirir. Həmin aksessuarlar isə əsasən bunlardır: çənbər, bantlar, dəri bağları, avtomat sancaqlar, şpillkalar, broşlar və s. Əvvəlcədən qeyd edək ki, bu payız-qış mövsümünün trendi xəzdən hazırlanmış saç bəzəkləridir. İndi gəlin bir qədər bu saç aksessuarlarının tarixinə nəzər salaq. İlk saç sancaqları hələ qədim Misirdə faronların başında peyda olub. Ancaq bu saç sancaqları adi yox, bahalı qızıldan, yaxud gümüşdən olmalı idi. Üzərinə də mütləq bahalı daş-qaş düzülməli idi. İntibah dövründə isə saç aksessuarları Avropada görünməyə başladı. Onlar bir qədər sadə aksessuara üstünlük verirdilər. Elə o vaxtlar saç şpilkaları meydana gəldi. Rusiya və Yunanıstan xanımları isə saçlarına gül düzməyə üstünlük verirdilər. Bu sadaladıqlarımız ən azı X əsrdən üzü bəri gəlir.

 

İndi isə gəlin saç aksessuarlarının bu gününə nəzər salaq. Bu mövsüm əsasən müxtəlif saç bağları, çənbər və bantlar dəbdədir.

Bunlar necə olmalıdır? Ölçülərinə hədd yoxdur: enli, lap nazik sap kimi də ola bilər. Ancaq rəng seçimlərində bir sıra yazılmamış dəb qanunları mövcuddur. Belə ki, əsas rəngi klassik ağ, qaradır.

Ağ rəng mövsümün favoritidir. Bu rəngli saç bağları hökmən atlas parçadan olmalıdır. İkincisi, belə saç bağlarını seçəndə mütləq harmoniyanı saxlamaq lazımdır. Yəni əyninizdəki geyimlərinin rəngi bu lentlərin rəngi ilə uyğun olmalıdır. Belə bantları həm saçın altından, həm də üstündən bağlamaq mümkündür. Ancaq sifət quruluşunu da nəzərə almaq lazımdır. Əgər alnınız kiçikdirsə, həmin lentləri saçın dibiylə bağlasanız yaxşı olar. Belə də alnınız iri görünər. Enli çənbər və bantları yaxşı olar ki, uzun tökülən saçlarla taxasınız. Saçlarınızın hər zaman gözəl və baxımlı görünməsini təmin etmək üçün onların qayğısına qalın!

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri