Eşqin qadınlar üzərində təsiri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 578
Səs ver:
(səs: 0)
Sevirsiniz amma bunun fərqində belə deyilsiniz. Amma birisini sevdiyiniz zaman, sözləriniz, hərəkətləriniz sizi o qədər çox ələ verir ki... Sanki bir anda siz "siz" olmaqdan çıxırsınız və tam fərqli bir şəxsiyyətə dönüşürsünüz.

Sevginin qadınlar üzərində təsiri:

Günə hər zamankındən daha erkən başlarsınız. Sanki özünüzü günlər boyu yatmış kimi hiss edər və çox formada olarsınız. Gözlərinizin içi gülməyə başlar, yanaqlarınız qızarar, qəribə gözəllik yaranar. Musiqi qədər eşq də ruhun qidasıdır.

Bir anda alver dəlisinə çevrilərsiniz. Amma bu tam bir dəlilik mərhələsindədir. Yeni geyimlər, qoxular və makiyaj vəsaitləri alarsınız. Fərqli bir tərzin sınaq işləri də başlamışdır. Şkafdakıları isə atarsınız.

Əvvəllər gözünüzə görünməyən ya da göründüyü halda diqqət etmədiyiniz kilolarınız və can düşməniniz selülitlər, başınıza dərd olar. Hər daim ayna qarşısında onlardan necə xilas olacağınızı düşünərsiniz və pulunuzun böyük bir qisimini kremlərə və idman mərkəzlərinə bağışlayarsınız.

İşinizi gücünüzü düşünməzsiniz. Məsuliyyətiniz getdikcə azalar. Müdirinizin dediyi sözlər belə diqqətinizi çəkməz.

Sizi görənlər də sevgi dolu olduğunuzu hiss edəcəklər və birisini sevdiyinizi... Halbuki siz yeni eşqiniz üçün dünyanın ən xoşbəxt insanısınız

Bəzən yemədən içmədən, onun haqqında davamlı ya məni aldadırsa, bu gün heç axtarmadı, ya başına bir şey gəldisə kimi düşüncələr sizi başdan çıxarar, sizin yanınızda olmadığı zamanları özünüzə işgəncə saatları halına gətirərsiniz.

Onunla keçən müddət, nədənsə su kimi axıb keçər. Onu hər gün görmək üçün ağ yalanlara müraciət edib, ən yaxın yoldaşınızı belə satarsınız.

Ürək atışlarınız normala dönməz. Hələ onu görüncə, adrenalin miqdarının maksimum nöqtələrə sıçrayar. Əlləriniz, titrəyər mədənizə spazmı girər.

Qadınlar üçün sevmək çox gözəl duyğudur....
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri