Ailə qurarsan biri ilə...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 964
Səs ver:
(səs: 1)
Ailə qurarsan biri ilə. Amma belə xəyallarının kişisi, arzularıvın əri olmaz. Kimsə məsləhət görər sən də razı gələrsən. Çox düşünməzsən heç. Çünki həyatınla bağlı vacib qərarları səndən başqa hamının ala biləcəyi ölkədə yaşamaq yazılıb qismətinə. Toy olar, gəlin köçərsən. Bir müddət keçər. "əslində pis ər deyil" deyərsən. Söyməz,döyməz,incitməz. Amma bir şey hər zaman əskik qalar. Həyatında hər şey var amma o hər şeydən daha vacib olan şey yoxdur. Bir qadına,bir kişiyə, bir insana,bir ailəyə lazım olan şey-Sevgi. Hə, bilirəm, qulaq çox öyrəşib "sevgi" boş şeydir" sözlərinə. Onlar deyib sən də inanmısan. Axı bir şeyi yaşamayan bir kəsin mülahizəsini necə özümə əsas götürmüşəm deyirsən sevgisiz qalanda. Ərinin düşüncəli baxışlarında başqa qadını axtarmağa başlayırsan. Xatirələrində eşələnmək olsaydı kaş. Telefonuna gələn hər mesajdan şübhə duymaq, hər məşğul olduğunda "kimlə danışır" sualı. Əslində heç kimlə danışmır. Həyatında da heç kim yoxdur. Heç kim. Sən də yoxsan. Evindəsən, yatağındasan,uşaqlarının başındasan. Amma həyatında deyilsən. Doğrudur,döymür,söymür amma incidir. Səni qadın kimi görməməsi səni incidir. Amma gecdir. Çünki sən başqaların fikri ilə ailə qurub, onların fikri ilə də bir daha heç vaxt boşanmayacaq qadınların ölkəsində yaşayırsan. Amma ən çox yaşlananda peşiman olacaqsan. Təsəllin övladlar, nəvələr olacaq. Amma o boşluğu onlar da doldurmayacaq.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri