Qadınların kişilərdə seksual hesab etdiyi əlamətlər

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 3 906
Səs ver:
(səs: 0)
Qadınlar kişilərdə heç gözlənilməz şeyləri seksual hesab edə bilərlər. Yəni qadınların bir kişini seksual hesab etməsi üçün onun hündürboy və əzələli olması əsas şərt deyil. Bəzən kiçik bir davranış, bəzən özünə yaraşan bir tərz, bəzən isə sadəcə zəkası qadınlara təsir edə bilər.
Sizə qadınların kişilərdə seksual hesab etdiyi şeyləri təqdim edirik:

Qoxu


Kişidən həmişə gözəl qoxu yayılmalıdır. Tər qoxusu verən bir kişinin yanında heç bir qadın durmaz. Həqiqətən, gözəl qoxan bir kişi bütün qadınların diqqətini cəlb edə bilər. Ona görə kişi bir qadına təsir etmək istəyirsə, özünüzə yaraşan, özünü qadına xatırladan bir ətir seçməlidir.

Yemək bişirmək

Yemək bişirə bilən kişilər hər zaman seksual təsir bağışlayır. Əlbəttə, burada söhbət aşbaz kişilərdən getmir. Bir makaron bişirmək üçün bütün mətbəxi bir-birinə qarışdıran kişilər də istisnadır.

Alicənablıq

Alicənablıq günümüzdə o qədər az rast gəlinən bir hala çevrilib ki, ən xırda alicənablıq əlaməti də qadınları cəlb edir. Maşına minərkən qapını açmaq, dar bir koridorda yol vermək kimi zərif davranışlar qadınların xoşuna gəlir.

Ağıl

Ağıllı bir kişinin əldə edə bilməyəcəyi qadın yoxdur.Qadınlar davranışları ilə özləri haqqında məlumat ötürməyi bacarırlar. Ağıllı kişi bu davranışlardan qadının nə demək istədiyini tezliklə aydınlaşdırır.

Seksual danışıq

Qadınlar kişilərin haqlı hesab etdiyi bir məsələdəöz fikir və yanaşmasından danışmasını çox seksual hesab edirlər.

Doğru geyim

Stil və tərz sahibi kişilər hər zaman seksualdır. Kişinin geyindiyi paltarlar qadınlara onlar haqqında məlumat verir. Marka geyinmək vacib deyil, amma geyinilən paltar mütləq təmiz və xüsusi seçilmiş olmalıdır.

Saç, saqqal, bığ

Kişinin özünəməxsus tərzi, heç kimə bənzəməyə çalışmaması onu seksual biri halına gətirir. Saqqal, saç, bığ moda olduğuna görə yox,yaraşdığına görə saxlanmalıdır. Kişi saqqal saxlayırsa, necə gəldi uzatması onu çirkin bir görünüşə aparacaq. Saqqal və saç düzənli, səliqəli, forma verilmiş olmalıdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri