Kişiləri rədd edən qadınların bəhanəsi

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 646
Səs ver:
(səs: 0)
Kişilərin çoxu həyatlarının müxtəlif dövrlərində bu cür sözləri eşitmək məcburiyyətində qalıblar. Kimlərsə bu"cavabdan” depressiyaya düşür, kimlərsə heç nə olmamış kimi həyatlarına davam edir.
Bu "maddələr” yarı-ciddi, yarı-zarafata hazırlanıb, belə şeyləri çox da ürəyinizə salmayın. Qadınları anlamaq ta qədimdən çox çətin olub, buna cəhd etməyin, məncə. Oskar Uayld boşuna deməyib ki, qadınlar sevilmək üçün yaradılıb, anlaşılmaq üçün yox.Bu da klassik bəhanələr :

[b]1. "Sən məndən daha yaxşılarına layiqsən”[/b]
(sizin yerinizə qərar vermək qadının vecinə deyil, əslində demək istəyir ki, siz kifayət qədər yaxşı deyilsiz).

[b]2. "Sən, əslində, çox yaxşı insansan, amma...”[/b]
(məncə, "amma”nı eşidən kimi aradan çıxmalısız, sonrasında eşitmək istəmədiyiniz cümlələr gələ bilər).

[b]3. "Dost qalaq”[/b]
(yanımda başqa kişi dostlarımın nələr etdiyini izah edəcək biradam lazımdı da).

[b]4. "Kişilərə inamım qalmayıb”[/b](hə, bunu bir az müsbət cavab saymaq olar, bir dəfə də sizinlə sınaya bilər, möhkəm yapışın).

[b]5. "Problem səndə deyil, məndədir”[/b]
(bir dəfə kinoya, teatra getməmisiniz, bir kitab üzü açmamısınız, necə olmalıydı ki?!)

[b]6. "Bu aralar yeni münasibət haqqında fikirləşmirəm. Hazır deyiləm”[/b]
(fikirləşir əslində, amma sizinlə deyil. Bir həftə sonra başqa adamla görsəniz təəccüblənməyin).

[b]7. "Aramızda yıxa bilmədiyim bir divar var”[/b]
(ildə, ayda bir mesaj yazıb, zəng eləyəndə belə olacaqdı da, gecdi).

[b8. "Səndən elektrik almıram”[/b]
(ən axmaq bəhanə budur, bunu deyən qadından elə uzaq olsanız yaxşıdır).

[b]9. "Səni üzmək istəmirəm”[/b]
(adama deyərlər, üzmək istəmirsən, hə de, bitsin də).

[b]10. "Sən heç güzgüdə özünə baxmısan?”[/b]
(bunu deməkçün bir az da üzlü olmaq lazımdı, Allah yaradıb onu da, nə deyəsən).

[b]11. "Tipim deyilsən”[/b]
(çox səmimi və açıq cavabdı, "sağ ol” deyib, mədəni sürətdə uzaqlaşın bu qadından).

[b]12. "Mənə bir az vaxt ver”[/b]
(yazıqdı bunu deyən qadın, sizi qırmamaqçün özünə əzab verir, gedin, o da rahat olsun, siz də).

[b]13. "Mənim bağlanma problemim var. Bir adama bağlı qala bilmirəm”[/b]
("buynuzlu” görünməkdən çəkinmirsinizsə, bunu deyən qadınla münasibət qurmağa yenidən cəhd edin).

[b]14. "Mənim sevgilim var”[/b]
(sənə itirəcəyim vaxtı evdə pişiyimə sərf edərəm).

[b]15. "Kaş ki, aramızda bu qədər yaş fərqi olmayaydı”[/b]
(adətən evli adamlara deyilir bu söz, açıqlaması, "get, boşan, gələrsən”dir).

[b]16. "Səni qardaşım kimi sevirəm”[/b]
(sevgili kimi yox, amma yanımda ol, işim düşəndə lazım olursan).

[b]17. "Bu dəqiqə həyatım çox qarmaqarışıqdı”[/b]
(köhnə sevgilimlə hələ ipləri tam kəsməmişik, problem lazım deyil).

[b]18. "Eyni yerdə işlədiyim adamla görüşə bilmərəm”[/b]
("dünyada bir sən qalsan, bir mən, sənə "hə” demərəm”, deməkdi bu).

[b]19. "Nişanlım var”[/b]
(səninlə bir yerdə olmaqdansa istənilən yalanı deyərəm).

[b]20. "Bu aralar kariyeramla məşğulam”[/b]
(işlə məşğul olmaq belə səninlə olmaqdan daha maraqlıdı).

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 646
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Sabah Uykum
10'cu bir az fazla oldu
22 sentyabr 2018 16:29
5

Sırf bir gün dəyər verilib
Qiymətin bilinər deyə hər gün
Özünü fəda etmə....
Unutma;bir dəfə etdiyini görməyən
Hər gün etdiyini Borcun Zənn Edər..
Offline
vipbetul
maraqli cumlelerdir
19 sentyabr 2018 10:31
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
❤Ə❤CANAN❤G❤
10. "Sən heç güzgüdə özünə baxmısan?”
(bunu deməkçün bir az da üzlü olmaq lazımdı, Allah yaradıb onu da, nə deyəsən
Bunu oxudum.ve degirem ki heqqi qarsindakini alcatmaq pis bir seydir. Sevmirsen deki sevmire..

Mence hamsi ele qadinlarin behanesi duz vurgulanin.cox gozel
19 sentyabr 2018 08:16
3
canan qizim sirin seker qizim.
Offline
BARBI
Eh bezilerini basdan atmaq ucun mende demisem.Bundan basqa dili anlamirlar
19 sentyabr 2018 00:27
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Maraqli geldi sebebler oxuduqca aciqlamalarina gulmuwem122
18 sentyabr 2018 20:04
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri