Hansı qadınlar kişiləri cəzb etmir? – XANIMLARIN MENYUSUNA

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 884
Səs ver:
(səs: 0)
Kişilər alış-veriş etməyə nifrət etsə də ən azı, qadınlar qədər geyimə önəm verirlər. Bəs əks cinsin nümayəndələri qadınların hansı geyim stillərini bəyənir?

Bir qadın gözəl geyinirsə, o demək deyil ki, özünü kişilərə, ya da qadınlara bəyəndirmək məqsədi daşıyır. Ətrafdakıların onu bəyəndiyini eşitmək xoşuna gəlsə də birinci növbədə öz eqosunu təmin edir. Eqosunu təmin edən qadın özünü əla hiss edir. Amma sevgidən söhbət gedirsə, hiss etdirməsələr də qadınlar sevdiyi kişinin xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxırlar.

Kişilər zənn edildiyi kimi çox hündürdaban və çox açıq-saçıq geyimlərdən deyil, minimalizmin öz sözünü dediyi geyimlərdən xoşu gəlir. Bu yazıda kişilərin ürəyincə olan geyim stillərini təqdim edirik.. Siyahıda 10 geyim yer alıb.


Maksi donlar – Kişilər qısa don geyinən xanım görən zaman gözlərini çəkə bilməsə də uzun donları çox bəyənirlər. Kişilər bu cür donları uzun boylu qadınlara daha çox yaraşdırırlar. Ona zəncirli çanta əlavə etsəniz, daha diqqətçəkici ola bilərsiniz. Maski donlar seçərkən, onun çox qabarıq olmamasına fikir vermək lazımdır.

Gül təsvirləri – Kişilər zebra və leopar kimi iddialı təsvirləri sevməsələr də gül təsvirlərinə böyük rəğbət bəsləyirlər. Çünki qadınlar bu geyimlərdə daha romantik və zərif görünürlər. Gündəlik üslubunda bu stilə üstünlük verən qadınlara heyran olurlar. Floral printləri olan geyim dəstlərində minimal olmağa diqqət göstərin və çox qabarıq fiqurlardan qaçın.

Düz ayaqqabılar – Kişilər yerində və düzgün geyimlə uyğunlaşdırılan hündürdaban ayaqqabıları xoşlayırlar. Amma hər gün hündürdaban geyinən qadınlar onları cəzb etmir. Belə ki, kişilər hesab edir ki, hər gün hündürdaban geyinən qadınların tələbləri və istəkləri daha çox olur. Buna görə də belə qadınlardan uzaq durmağa çalışırlar. Kişilər gündəlik stilində düz ayaqqabılara, baletkalara üstünlük verən qadınları daha çox bəyənirlər.

Dondurma rəngləri – Yumşaq və ürək açan dondurma rəngləri kişilərə çox çəkici gəlir. Çox əlvan rənglərə dözümlü olmasalar da yumşaq tonları çox bəyənirlər.

Uzun boyunbağılar – Kişilər eyni anda bir neçə aksessuarların istifadə edilməsindən narahat olurlar. Zərif, dəyişik və incə aksessuarları bəyənən kişilərə dekolteni örtən kolyelər çox çəkici gəlir. Məsələn, kürək dekoltesinə taxılan uzun boyunbağılar qadını daha da cazibədar göstərir.

Plaşlar – Yaz aylarının ən sevilən üst geyimləri arasında plaşlar birinci gəlir. Plaşlar təkcə kişilərin bəyəndiyi deyil, həm də hər bir qadının qarderobunda olmalı olan geyim əşyasıdır. Bol kəsimli paltoları və jaketləri xoşlamayan kişilər sadə, rəsmi geyimləri daha çox xoşlayırlar.

Dar şalvarlar – Ombalarınız və ayaqlarınız icazə verirsə, dar şalvarları rahatlıqla geyinə bilərsiniz. Dar cinslər həm kişilərin, həm də qadınların favori geyimidir.

Qələm ətəklər – Kişilər sevdiyi xanımın əynində qısa modellər deyil, onu xanım-xatın göstərən geyimlər görmək istəyir. Onların ən çox sevdiyi geyimlər siyahısında qələm ətəklər də var

Bol köynəklər – Kişilər özünəməxsus, amma sərhədləri aşmayan stili olan qadınları bəyənirlər. Buraya bol kəsimli köynəklər də daxildir. Gündəlik üslubunuza bol kəsimli mavi köynək əlavə edərək onu özünüzə heyran qoyun.

Fərqli çimərlik geyimləri – Klassik bikinilərdən uzaq durmaq vaxtı gəldi. Kişilər dayanmadan bikininin o tərəf-bu tərəfini düzəldən qadınları sevmirlər. Onlar əyinə yaxşı oturan, fərqli modelləri daha çox bəyənirlər.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 884
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqsiz melumat oldu
24 sentyabr 2018 13:01
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
fiyonik
Bezileri menim geye bileceyim seylerdi amma gundelikde futbolka krasofka cins salvar bir dene de sep ya qolbaq cox sade
22 sentyabr 2018 23:32
6
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Son Bahar
Sitat: Cema_Axodova
Menim yadima gelmir xanim xatin geyinmek yeqin allah qocalmaq nesib etse qocalanda geyerem )))

Bizim bu kisiler xanim-xatun geyimleri ancaq oz xanimlarinin eyninde severlerhhbasqasi mini sinesi aciq geyinsin bir baxirlarki ele bil nolub...yeni coxda sey eleme baji deli
22 sentyabr 2018 22:18
5
Offline
Cema_Axodova
Menim yadima gelmir xanim xatin geyinmek yeqin allah qocalmaq nesib etse qocalanda geyerem )))
22 sentyabr 2018 19:43
4
p.s
Offline
BARBI
Kisiler qadinin daim baximli ve ozenli olmasini isteyerler
22 sentyabr 2018 19:18
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
AYCA
Məncə kişilər hərzaman geyiminə fikir verən xanım kimi xablm olan qızları bəyəbirlər
22 sentyabr 2018 18:39
2
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
22 sentyabr 2018 18:11
1
Səni çooxx sevirəm heartƏsgərimheart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri