Dodaq silikonları haqda bilmədikləriniz.
Həcimli
və gözəl dodaqlar hər bir dövrdə cazibədarlığın simvolu sayılıb. Elə
buna görə də dodaqlarının həcmindən narazı olan xanımlar çox zaman
silikonlara əl atırlar.
Dodaqlara silikon yerləşdirmək iki əsas metodla aparılır. Bunlardan
biri Lipofilinq-bədənin piyini dodağa qoymaq, ikincisi isə dodaqları
gellə doldurmaqdır.
Dodağın lipofilingi ümumi narkozla cərrah tərəfindən aparılır. Bu
əməliyyatdan sonra hüceyrələr daha gec sağalır və uzun müddət
dodaqlarda ağrı qalır.
İkinci metod olan gel üsulu daha ağrısız və rahatdır. Dodaqların gellə
doldurulması kosmetoloq tərəfindən aparılır və nəticə 48 saatdan sonra
bəlli olur.
Gellər 2 yerə bölünür:
1.Müddətli gellər.
Adətən belə gellər dodaqda bir il müdətində qaldıqdan sonra aktiv
fermentlərin təsirindən sorulur. Bu cür gellər orqanizmə heç bir
allergik reaksiya vermir.
2.Sorulmayan gellər
Sorulmayan gellər dodaqda 3 ildən 5 ilə qədər qalır. Bu cür gellərin
tərkibi sintetik vasitələrdən ibarət olur. Orqanizmin sintetik
vasitələrə allergik reaksiyasına isə tez-tez rast gəlinir. Bu səbəbdən
müddətli gellərdən istifadə etmək daha çox məsləhət görülür.
Dodağın görünüşü və həcmi birbaşa gelin miqdarından və doldurulma texnikasından asılıdır.
Əziz xanımlar, xarici görünüşünüzü dəyişdirməzdən əvvəl bu barədə
ətraflı düşünün.Çünki, dəyişikliyin uğursuz alınması böyük peşmançılığa
səbəb olur .Necə deyərlər, "Sonrakı peşmançılıq fayda verməz”.
Redakte etdi: PRETTY GİRL