İstədiyiniz kişini əldə etməyin sirrləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 675
Səs ver:
(səs: 0)
1- Addım Buzları qırın
Xoşladığınız kişi ilə bu günə qədər heç danışma imkanı tapmamış, yaşadığınızı və xoş bir qadın olduğunuzu və ona maraq göstərdiyinizi bir an əvvəl bəlli etməlisiniz. Necə məgər? Gülümsəyin; Bir kişinin diqqətini çəkməyin ən yaxşı yolu, ona baxıb şirin şirin gülümsəmək. Onunla qarşılaşanda baxışlarını tutmağa çalışın və sizə baxdığından əmin olduqda yüngülcə gülümsəyin, amma çəkin abartmayın! Daha sonra da "salam" deyib bir söhbət mühiti yaratmağa çalışın!

Relaks olun "Salam" dedikdən sonra deyəcək bir şey tapmayacaq qədər gərgin hiss edirsinizsə, dərhal vahiməyə düşməyin! Xoşladığınız bir kişinin yanında gözəl söhbət mövzuları tapmaq bir qədər çətin görünə bilər, amma bu mərhələdə hər zaman olduğun kimi davranaraq rahat keçə bilərsiz.
Kiçik komplimentlər yaxşıdır Ona kompliment demək üçün vaxt seçiminin çox əhəmiyyətli olduğunu bilməlisiniz. Söhbətinizin əvvəlində ona yaltaqlıq etməyə başlasanız, özünüzü pis vəziyyətə sala bilərsiz. Söhbətiniz gedəndə aralara kiçik komplimentlər sıxışdırsanız, yanınızda özünü yaxşı hiss etməsini təmin edəcəksiz.

2- Addım Sonunda onunla söhbət mühiti yaratmağı bacardınız. Bəs, indi nə olacaq?
Özündən bəhs etməsini təmin edin.
Sizdən çox danışırsa Əgər sizinlə söhbət etmək üçün çox istəkli görünür və yanınızda bülbül kimi ötürsə narahat olmağınıza heç ehtiyac yoxdur. Tək etməniz lazım olan, gözlərinin içinə baxmaq və onu diqqətlə dinləyib mövzu ilə bağlı suallar vermək.
Birgə istiqamətlərinizə baxın, Bütün söhbətlərinizin sonunda tək bir ortaq nöqtə belə tapmaqla, bir-biriniz üçün yaradılmış olduğunuzu düşünməyə başlaya bilərsiz. Amma dayanın, dərhal qərəzli olmayın! Sevdiyiniz kitabları sevmir, baxdığınız filmlərdən zövq almır ola bilər, ancaq bu, sizin anlaşa bilməyəcəyini göstərməz. Bir az səbrli olun, onun zövqlərinə hörmət edin, siz də özünüzünkülərdən bəhs edin.

3-cü Addım Görüşməyə, söhbət etməyə hələ də çox istəkli görünür. Bəs bu, sizdən həqiqətən xoşu gəldiyi anlamına gəlir?
Gözlərə diqqət Siz danışarkən öz ayaqlarına baxırsa, bu utancaq olduğunun göstəricisi ola bilər. Yox əgər ətrafa və xüsusilə gözəl qızlara baxırsa, hisslərindən şübhə etməlisiniz.

Bədən dili- Bədən dilinə çox diqqət edin! Danışarkən üzü və bədəni sizə tərəf dayanır, yoxsa hər an çıxıb gedəcəkmiş kimi başqa tərəfə baxır? Əgər bədəni sizə isə doğru problem yoxdur!

Sıra sizdə- Ona ondan xoşlandığınıza dair işarələr göndərməlisiniz ki duyğularınıza xəbərdar ola bilsin. Onunla danışarkən, dırnaq yemək, saçlarını müdaxilə və ya ayağını tərpətmək kimi narahat olduğunun göstəricisi olan hərəkətlər etməməyə diqqət göstər və mümkün qədər rahat görünməyə çalışıb gözlərinin içinə baxın! Beləliklə yanında rahat olduğunuzu fərq edəcək və ona qarşı necə hisslər bəslədiyinizi asanlıqla anlayacaq!

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 675
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
elede maraqli olmadi
10 oktyabr 2018 10:45
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
Subay qizlarimiz oxusun
8 oktyabr 2018 17:39
3
p.s
Offline
Love-Girl
Bele weyleri sevmirem. Her bir insan ferqlidi, bir kiwi sevir qarwisindaki qadinin ona bele davranmagini bezi kiwilerde eksine hec sevmezler qadinin ilk yaxinlawmasini. Yeni duwunceler ferqlidi.
8 oktyabr 2018 17:06
2
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
adsiz-a
Qismətində varsa elə oturduğun yerdə əldə edəcəksən və əldə ediləcək sən.
8 oktyabr 2018 16:25
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri