Kişinizin gözünü bayırdan yığmaq üçün qızıl qaydalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 595
Səs ver:
(səs: 0)
Ay Bu Telefonu İcad Edənin...

Gün içində lazımlı lazımsız sözlərinizlə onu yormayın, ya da daim zəng edib; Mənimçün darıxdınmı? Sən məni sevirsənmi? Nə edirsən? Şəkil yolla dərhal? Az əvvəl aradım kabluklu ayaqqabı səsləri gəlirdi. Deməyin.

Bu cür mesajlarla nə sizi daha çox sevməsini, nə də sizi düşməsini təmin edə biləcəksiz. Bir həftə dişinizi sıxın, gün ərzində mesaj atmayın, aramayın inanın ki, artıq o sizi axtarmağa başlayacaq.

Qapını Açarkən, 32 Dişiniz Qətiyyən Görünməlidir

Heç vaxt soyuq qarşılamayın. Gülər üzlü olun. Qapını açarkən, siz gülümsəyərkən o, odun kimi üzünüzə baxıb hamama keçsə belə, əhvalınızı pozmayın. Onsuz da gün boyu iş yerində tərəfdaşınız canını sıxan kifayət qədər hadisələr baş vermişdir. Odun kimi sifətin səbəbi siz deyil, gün ərzində baş verənlərdir. Qızlar "mən də çalışıram" dediyinizi eşidir kimiyəm. Bu xəbəri oxumağınıza görə tərəfdaşınız üçün bu fədakarlıqları etməyə onsuzda hazırsız.

Bundan başqa, ən az dedi-qodu etmək üçün evə dəvət etdiyiniz rəfiqənizə bəzənəcək qədər baxımlı olun. Unutmayın tərəfdaşınız sizin dostunuz deyil. Üzərinizdə diqqətini çəkəcək və onu həyəcanlandıracaq bir şeylər mütləq olsun. Bu barədə qabiliyyətiniz yoxsa o halda qoyun üzərinizdə mümkün qədər az paltar olsun.

Makiyajı Tərəfdaşınız Üçün Edin digərləri Üçün Deyil.

Marketə gedəndə də gördüyünüz makiyajı tərəfdaşınız evə gəlmədən dərhal əvvəl də edin. Edin ki, onun üçün hazırlıq etdiyinizi, əmək sərf etdiyinizi, anlasın. Xüsusilə onun üçün bəzəndiyinizi hiss etsin.

Evdən birlikdə çıxarkən: Tez ol tez, bir dəfə də tez çıx o evdən! Deyə qışqırır, ha sizə. Əslində makiyajı başqaları üçün deyil, özü üçün etdiyinizi hiss etsəydi bu gecikməyi heç vaxt problem halına salmayacaqdır.

Odlu Olun Qızlar Rəqibləriniz Alov Alov

Həmişə deyirik, ya odlu olun, onu ruhlandırın deyə. Qətiyyən bu qayda tullanmayın. Unutmayın ki, ona görə küçələr, prospektlər alov alov. Ancaq bunu da unutmayın odlu olum deyərkən özünüzü də yandırmayın.

Kezban Olmayın Monika Olun

Unutmayın bir əlaqənin =olmazsa olmazı seksdirş Partnyorunuz sizi xoşbəxt etməsini istəyirsinizsə, siz də onu yataqda xoşbəxt etməlisiniz. Ona cinsi əlaqə çağırışını Kezbanlar kimi deyil, Monikalar, Nataşalar kimi etməlisiz. Haşiyə: Əgər bir az əvvəl Kezban Olmayın Monika Olun, başlığında Monikayı görəsən doğrumu yazdı, ya da Monika elə yazılmaz Monica şəklində yazılır deyə ağlınızdan keçir=diysəniz pes vallah. Tərgidin belə xasiyyətinizi və mühakimə etmələri. Adamı da belə mühakimə edirsiniz? Kiçik detallara taxmayın, hətta xırda detallara kor, kar olun.

Yataq Otağınız Sərbəst Bölgəniz Olsun

Heç vaxt yataq otağınızda dava etməyin. Unutmayın yataq otağı yalnız yatdığınız bir yer deyil. Sizin məhrəm olan o otaq sərbəst bölgəniz kimi olsun. Onu etməməliyəm, bunu etməməliyəm deməyin. Özünüzü ona buraxın bəzən də onun özünü sizə verməsini istəyin.

Sevişərkən Kiçik Oyunlarınız Olsun

Kiçik oyunlarla seks həyatınızı rəngləndirin. Bu sizin əlaqənizi daha diri tutacaqdır. Adiləşən və renksizləşən cinsi həyat münasibətdə bədbinliyə səbəb olacaqdır. Sonra nə üçün, əzizim və ya ərim məni aldadıb deməyin. Unutmayın kişilər acdır, yedirtməsəz gözü çöldə olacaq amma bu oyunlarda ifrata qaçmayın;

Kiçik Toxunuşlar Əlaqəni Qurtarar

Ona toxunaraq, onu öpərək, onu oxşayaraq marağınızı göstərin. Bəli, oxşayaraq, səhv oxumadınız. Unutmayın kişilər nəvazişini duymaqdan xoşlanır çünki Rəcəb İvedikin də dediyi kimi, əslində pişik kimidir o ayılar.

Nələrdən Xoşu Gəldiyinə Diqqət Edin

Bir də unutmursunuz lazım olan əhəmiyyətli bir məqam öpüşmə stiliniz. Bəzi kişilər sərt, bəziləri isə duyğusal öpüşlərdən xoşlayır. Əyarı bağlamaq tamamilə sizin əlinizdədir. Eyş-işrətdə nələrdən xoşu gəlmədiyinə diqqət edin və bunları tətbiq etməyin.

Qızlar unutmayın bu qızıl qaydalar əlaqə qurtarar. Kişinin gözünün çölə sürüşməsinin önündə də Çin Səddi olur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri