Qadınlar nəyə görə kişilərdən çox yaşayır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 751
Səs ver:
(səs: 0)
Kişilərin daha stresli bir həyat yaşadığını və yükün onda olduğunu deyən bəyanatları qəbul edilebilir ancaq ortada çox daha qabarıq bir səbəb var ki, o da qadınlarda olan östrojen hormonunun təsiri.

Ostrojen Nədir?

Qadınlarda menstruasiya dövriyyəsində və digər məməli heyvanların dişilərində də estrus dövriyyəsində mühüm vəzifəsi olan bir qrup steroid hormon olan östrojen, həm kişi, həm də qadınlarda olur ancaq qadınlarda səviyyəsi məlum olduğu kimi çox daha yüksəkdir.

Yalnız kişilərin ictimai həyatda yükünün bəlkə də daha çox olması qadınların nə üçün daha uzun yaşadığını izah edə bilməz, çünki bir çox heyvan növündə də qadınlar kişilərə görə daha uzun yaşayır. Ona görə də aparılan təcrübələr nəticəsində diqqətlər östrojen hormonuna çevrilmişdir.

Qocalmanın və orta ömrün bəzi həllediciləri var. Bunlardan ən önəmlisi isə orqanizmdə toplanan oksitleyici maddələrdir, digər bir ifadə ilə oksigen radikalları. Təcrübə heyvanlarında aparılan araşdırmalara görə bu maddələr dişilər daha az istehsal edir. Eyni zamanda araşdırmalar nəticəsində ortaya çıxmışdır ki, bu zərərli maddələri yox edən oksitlenmə önləyici antioksidantları dişilər daha çox istehsal edir. Dişi və kişi arasındakı bu fərqlilik isə tam da östrojen ilə bağlıdır.

Östrojen qanda az miqdarda olur. Bu səbəbdən güclü bir antioksidant deyil. Yenə də hüceyrələri xəbərdarlıq edəndə bəzi kimyəvi reaksiyalar ilə birlikdə antioksidant fermentlərin miqdarını artırır və dişilərin hüceyrələri də oksitleyici maddə ziyanından daha güclü bir şəkildə qorunmuş olur. Kişilər bundan məhrum olduğu üçün və kişilik hormonu olan testosteron bu qədər təsirli bir müdafiəçiyə malik olmadığı üçün kişilər qadınlara nisbətən daha az yaşayır.

Görülən digər işlər bəzi bitki kimyəvi maddələrin də östrojen-ə bənzər qoruyucu təsirləri olduğunu göstərmişdir. Soya bunlardan biridir. Genistein adındakı və soya mənşəli olan bu östrojen bənzər maddə təcrübə heyvanlarının ömrünü uzatmışdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri