Geyimlərdə VİNTAGE tərzi necə olur?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 438
Səs ver:
(səs: 0)
Vintage Nədir?
Vintage bir dəb termindir. Keçmiş illərdəki dövrlərə aid xüsusi və tək hissələrə vintage kolleksiya deyilir. Hər köhnə görünüşlü paltar vintage sayılmaz. Bir parçanın vintage olması üçün 1930-40-50-60 aid olması lazımdır. O dövrlərin ruhunu əks etdirdiyi üçün vintage olur. Məsələn, Dior 1940-larda ki parçaları, Chanelin kombinləri kimi.

Geyimlərdə VİNTAGE tərzi necə olur?

Vintage Geyim Tərzi Nədir?
19-ci əsrdə ortaya çıxmışdır. Geyim tərzi və müxtəlif dövrlərə aid stillərə və kombinleri əks etdirən bir dəb axınıdır. Hər hansı bir ziyan dəymədən keçmişdən indiyə qədər gəlməsi üçün keyfiyyətli materiallardan aparılması lazımdır. Vintage parçalar olduqca diqqətçəkicidir və hər kəsin üzərində görmədiyiniz hissələrdir. Fərqlilik yaratmaq istəyən insanlar adətən bu tərz geyim tərzinə üstünlük verirlər.
İpək kofta və ya köynək geyə bilərsiz. Vintage uzun ətəklə, ağ bir qolsuz köynəyini rahatlıqla kombinleyebilirsiniz.



İkinci Əl Paltarlara Vintage Deyil?
Bir dizaynın vintage olması üçün istehsal edildiyi dövrün izlərini daşıması lazımdır. Vintage moda günümüzdə 1920 və 1980-lərə qədər olan geyim və aksessuarların istifadə edilməsidir. Geyimdən maşın və ev əşyalarına qədər bir çox sahədə olub geniş mənalar daşıyır. Vintage-nın konseptual mənasına baxdıqda keçmiş dövrə aid antikvar məhsullardır. Lakin hər bir antikvar vintage deyil. Vitage olması üçün müəyyən bir dövrü əks etdirməsi və xüsusi dizaynerə aid olması lazımdır. Keyfiyyətli məhsullardan hazırlanmış və günümüzə qədər köhnəlməmiş kimi gəlməsi lazımdır.

Retro mu Vintage-mı?
Retro və vintage terminləri adətən qarışdırılır. Retro; Köhnə görünüşlü, ya da keçmişə aid hər şey adlandırılır. Keçmişlərin modasını əks etdirən lakin yeni istehsal olunmuş məhsula retro deyilir. Vintage keçmişdən günümüzə çatmış məhsullardır.

Etibarlılığını Davam Etdirir



Vintage tərzi 19-ci Əsrdə başlayan və günümüzə qədər davam etməkdədir. Stilistlər kolleksiyalarına bu janrı da daxil edərək diqqətləri üzərinə çəkirlər. 1960ları əks etdirən xallı kofta və paltarlar, 1970-lərə aid İspan balaq şalvarlar, 1980-lərə aid vatka və payet-lər, günümüzdə də etibarlılığını və yerini qoruyur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri