Uyğun qiymətli trend geyim təklifləri

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 870
Səs ver:
(səs: 0)
HƏSİR SANDALLAR

Uyğun qiymətli trend geyim təklifləri


Xüsusilə ötən yay çox məşhur olan Nomadic Republic markasına aid həsir sandal və başmaqlar istər çimərlikdə istər küçədə bir çox kombinlə çox gözəl yaraşır. TrendyolMilla, gio & mi markasına aid həsir sandal isə Nomadic Republic sandala olduqca bənzəyir. Çox daha uyğun qiymətə olan bu alternativi seçə bilərsiniz.

DÜYMƏLİ PALTARLAR



Havalar istiləşməyə başladığından bəri hər kəsdə gördüyümüz düymə detallı paltarlar şübhəsiz bu yayın ən trend geyimləri arasındadır. Məncə bir az vintage havasını əks etdirən bu paltarlar xüsusilə, sandal və həsir çantalarla kombinləndiyində çox gözəl olur. Mango-da və Trendyol–da bu paltarları və oxşar alternativlərini uyğun qiymətə tapa bilərsiniz.

TOR ÇANTALAR




Yenə yayın gəldiyini hiss etdiyimiz ilk andan etibarən Instagram-da çox gördüyümüz tor çantaları bir çox marka təqdim etdi. Özünüzün də edə biləcəyi amma düzəltməklə məşğul olmaq istəmir və daha uyğun qiymətə əldə etmək istəyirsinizsə, H&M və Mango–ya aid bu tor çantaya baxa bilərsiniz.

DƏST GEYİMLƏR



Bir müddətdir olduqca trend olan dəst geyimlər dəbi hələ də davam edir. Xüsusilə yay aylarında daha çox rəng istifadəsini artırmaqla yanaşı dəst geyim trendi bir addım daha önə çıxır və mənim fimrimcə olduqca da qəşəng görünür. Bahalıdan uyğun qiymətli alternativinə qədər bir çox markada tapa biləcəyiniz dəst geyimləri əl çatan qiymətlərə Zara-da tapa bilərsiniz. Fotoşəkildəki dəstlər də Zara-ya aiddir.

ÇİÇƏK NAXIŞLI GEYİMLƏR



Bu mövsümün şübhəsiz ən trend parçalarından olan çiçək naxışlı paltarları əminəm ki, görmüsünüz. Bəziləri vintage tərzi əks etdirərkən bəziləri də daha müasir bir görünüşə sahibdirlər. Öz tərzinizə görə, sizə ən çox yaraşan paltarı Zara və ya Mango-da uyğun qiymətlərə tapa bilərsiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri