Kişidən qurtulmağın 10 yolu: Ayrılmaq üçün bunları edin!

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 371
Səs ver:
(səs: 1)
Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, dözülməz münasibətlərə son qoymaq keçir ürəyinizdən. Ən asan çıxış yolu – qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir. Deyə bilərsiniz ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini eşidən partnyorlarının reaksiyasından qorxurlar.

Beləliklə ayrılmaq üçün məsləhətlər:
Müqayisə et.Partnyorunuzu mütəmadi olaraq əvvəlki sevgilinizlə və ya başqa kişi dostlarınızla müqayisə edin. Bu zaman ona çatışmayan cəhətlərini göstərərək yeni, ona xas olmayan davranış xətti təlqin edin.
Onun dostları və ailəsi ilə yola getmə,yaxınlarında mənfi emosiya yaratmağa çalış. Tərəddüd etmədən münaqişə yarat, öz nəzər nöqtəni yerit və partnyorunun maddi durumu ilə maraqlan. Qoy onların yaddaşında onlara əziz olan oğlanı bədbəxt edəcək ağılsız, tamahkar qadın kimi qalasan. Partnyorun bilməlidir ki, sən onun qohumlarını və dostlarını heç sevmirsən və onu yaxınları ilə görüşməyi qadağan edin.
Onu daim məşğul et, bütün vaxtını əlindən al ki, sevimli hobbisi ilə məşğul ola və təklikdə qala bilməsin.Yalnız onun heç xoşuna gəlməyən filmlərə baxın. “Desertə” isə onu bir neçə saat səninlə birlikdə mağazaları gəzməsinə vadar et.
Sonsuz şikayətlər və deyinmələr.Bacardığın qədər onunla mübahisə et və bütün uğursuzluğunda onu ittiham et. Heç nədən yaranan qalmaqallara hətta ən böyük aşiq belə tab gətirməz.
Ona istirahət vermə.Yorğun işdən sonra o, istirahət etməyi arzulayır. Qoy evdə onu boş soyuducu, səliqəsiz otaq və narazı xanım gözləsin.
Patoloji qısqanclıq.“Otello yubkada” obrazına gir: patoloji qısqanc xanım – bu sınaq əsəbləri zəif olan kişi üçün deyil. Onun telefon zənglərini yoxla, sms-lərini oxu, ciblərinə gir, gündə bir neçə dəfə ona zəng edərək harada, kiminlə olduğu barədə sorğu-sual et.
Darıxdırıcı ol.Ona gününün ən xırda və önəmsiz detalları barədə danış, məsələn, rəfiqənin endirimlər zamanı aldığı donu təsvir et. Qoy nənənin ad gününün necə keçməsi barədə ətraflı məlumatı olsun. Onu eyni addımı atmadığına görə ittiham et.
Təmizliyə və nizam-intizama həddindən artıq sevgi. Bu, kişiləri həmişə qorxudur, əgər partnyorunuz xırdaçı deyilsə. Ona qoyduğun nizam-intizama tam riayət etməsini tələb et, bir neçə gündən sonra onu yanında görməyəcəksən.
Bürclərə inam. Yalnız bürclərin dediyini yerinə yetir.Ona tez-tez falçının dediklərini söylə. Onun ayrılmaqdan başqa şansı qalmayacaq.
“Sən məni sevirsən?” sualını gündə 100 dəfə ver və o, sevgisində şübhələnməyə başlayacaq. Ona inanmadığını nümayiş etdir, hər şeyi xırdalığına qədər soruş: Nə zaman? Niyə?

P.S: Bir də əmin olun ki, bunları etmədiyiniz müddətdə sağlam və gözəl münasibətə sahib ola bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri