Uğurlu qadınların 10 ortaq xüsusiyyəti

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 154
Səs ver:
(səs: 0)
Hər müvəffəqiyyətli kişinin arxasında hər zaman bir qadın olduğu deyilir. Bəs hər bir uğurlu qadının arxasında nə dayanır?
Müvəffəqiyyət yalnız təsadüf ya da şansa bağlı olmayan, eyni zamanda əzm və yetəri qədər çalışmaqla əldə olunan bir qazancdır. Müvəffəqiyyətin yalnız iş həyatı ilə məhdudlaşdırılması da bizim üçün olduqca səhv anlayışdır. Əsl müvəffəqiyyət, edilən iş hər nə olursa olsun, onun əsl mənada yerinə yetirilməsi ilə bağlıdır. Müvəffəqiyyətin əsla təsadüf olmadığını və bu məqsəd üçün gərgin səy lazım olduğunu əsla göz ardı etməməlisiniz.

ÖZLƏRİNƏ VAXT AYIRIRLAR
Qadınların, xüsusilə, evləndikdən sonra özlərinə vaxt ayırmaları bir xeyli çətin olur. Halbuki, müvəffəqiyyətli qadınların ən böyük xüsusiyyəti, özlərinə vaxt ayırmalarıdır. Öz baxımlarına ya da hobbilərinə vaxt ayıran qadınlar, həyatda daha sağlam uğurlar əldə edirlər.

ETDİKLƏRİ İŞƏ HƏVƏSLƏ BAĞLIDIRLAR
Üstəlik, bunun üçün bir şirkətin CEO-su olmaları lazım deyil. Müvəffəqiyyətli qadınlar etdikləri iş hər nə olursa olsun, o işi həvəslə icra etməyə qərarlıdırlar. Etdikləri işə sevgi ilə bağlanan qadınlar, o işi həyatlarının bir parçası halına gətirirlər və bu vəziyyət işdə əsl mənada uğurlu olmalarına təsir edir.

PROBLEMLİ MÜNASİBƏTLƏR YAŞAMAZLAR
Münasibət anlayışını təkcə qarşı cins olaraq düşünməmək lazımdır. Ünsiyyətdə olduğunuz hər şey münasibət ilə əlaqəlidir. Müvəffəqiyyətli qadınların həyatlarında qarışıqlığa və lazımsız şeylərə yer yoxdur. Buna nail olmaq üçün ediləcək ən gözəl şey isə özlərini yoran və pis təsir edən nə varsa, onu bitirməkdir. Uğurlu qadınlar, problemli münasibət yaşamaq yerinə əlaqəni bitirməyi seçərlər. Beləcə, həm hisslərində qarışıqlıq olmasının qarşısını alarlar, həm də zaman itkisi yaradacaq işlərdən uzaq durmuş olarlar.

RİSK ALMAQDAN QORXMURLAR
Müvəffəqiyyətli qadınlar risk almağın uğurun təməli olduğunu bilirlər. Girəcəkləri risklərin yaradacağı zərərləri əvvəlcədən hesablaya bilir, tədbirlərini görürlər. Əgər analiz etmək gücünüz yüksəkdirsə, siz də mütləq uğurlu qadınlardan birisiniz.

MÜVƏFFƏQİYYƏTLİ OLACAQLARINA İNANIRLAR
Hər hansı bir işin reallaşacağına olan inancınız, o işin müvəffəqiyyətli şəkildə reallaşmasını təmin edəcəkdir. İşiniz hər nə olursa olsun, inancınızı həmişə yüksək tutaraq müvəffəqiyyətə gedən yolda özünüzə yer açmalısınız.

MÜKƏMMƏLİ GÖZLƏMƏZLƏR
Müvəffəqiyyətli qadınların çox yaxşı bildiyi bir şey vardır; Hər şey hər zaman mükəmməl olmur. Ortaya çıxan problemlər, onları əsla geri addım atmağa məcbur edə bilməz. Əksinə, uğurlu qadınlar bu problemləri inkişafları üçün müsbət olaraq görərlər.

YAXŞI YOLDAŞDIRLAR
Müvəffəqiyyətli qadınlar eyni zamanda yaxşı bir yoldaşdırlar. Vəziyyəti idarə etməyi çox yaxşı bilən qadınlar, təkcə iş mühitində deyil, münasibətlərində də bu sistemi ağıllı şəkildə icra edə bilirlər. Beləcə evlilik həyatları ya da münasibətləri daha problemsiz davam edir.

ÖZLƏRİNƏ YAXŞI BAXARLAR
Uğurun açarı planlı və sağlam həyatdır. Bunun fərqində olan müvəffəqiyyətli qadınlar həm bədən, həm də ruhi sağlamlıqlarına lazım olan diqqəti və vaxtı ayırmaq üçün böyük bir səy göstərirlər.

EDİLƏCƏKLƏR SİYAHISI DAVAMLI DƏYİŞİR
Uğurlu qadınlar əsla yerlərində saymazlar. Davamlı olaraq dəyişmək və inkişaf içərisində olduqlarına görə, əllərindəki işləri tez bitirərək yeni bir işə başlamaq üçün hədəf qoyarlar. Bu vəziyyət ediləcəklər siyahısının davamlı dəyişməsi və yenilənməsi deməkdir.

MƏRHƏMƏTLİDİRLƏR
Həyatı asanlaşdıran hisslərdən biri olan mərhəmət hissi, müvəffəqiyyətli qadınlar üçün çox vacibdir. Beləcə, ancaq yaxşı insan olaraq bilinməzlər, eyni zamanda işçilərinin də sədaqətini qazanarlar.

GÜLLÜ NAĞIYEVA
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri