Hər qadının oxumalı olduğu 5 kitab

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 661
Səs ver:
(səs: 3)
Müxtəlif zamanlarda və müxtəlif coğrafiyalarda qadın olmaq necədir? Bu suallara cavab tapmaq üçün kitablara müraciət edə bilərik. Bu kitabları hər bir qadın oxumalıdır desəm çox şişirtmiş olmaram məncə.

Özünə aid bir otaq (1929), Virginia Woolf
Hər qadının oxumağı lazım olan kitablar dediyimizdə bəlkə də ağla ilk gələn kitab, “Özünə aid bir Otaq” ola bilər. Bu kitab bir feminist manifesto olaraq görülür. Virginia Woolf, 1928-ci ildə keçdiyi qadın və fantastika mövzulu dərslərinə dayanaraq yazdığı kitabında, bir qadının yaza bilməsi üçün özünə aid bir otağı və iqtisadi azadlığının olması lazım olduğunu ifadə edir. Qadınlar, iqtisadi azadlıqlarını qazandıqlarında bir fərd olaraq azadlıqlarını qazana bilərlər.

The Help (2009), Kathryn Stockett
The Help, 1960-cı illərdə Amerika vətəndaş hüquqları hərəkatı dövründən bəhs edir. Kitabın əsas qəhrəmanlarını ağ dərili ailələrin yanında çalışan Afro-Amerika mənşəli xidmətçilər təşkil edir. Bu dəfə ayrı-seçkiliyi yalnız kişilər deyil, qadınlar da edir. Sanki, cinsiyyət və dəri rənginə görə yaradılmış bir cəmiyyət ilə qarşılaşırıq. Digər tərəfdən kitab, irqçi qrupların davranışlarının, əhvalatın geri planında tutulması səbəbiylə tənqid olunmuşdur.

Min möhtəşəm günəş (2003), Khalid Hosseini
Çərpələng uçuranı oxuduqdan sonra Min Muhteşem Günəşi oxumağa başladım. Amma bu kitab o qədər təsirli idi ki, oxumaqda çətinlik çəkdim. Hekayə Əfqanıstanda yaşanır. Müasir Əfqanıstan və indiki Əfqanıstan arasındakı fərqi mükəmməl bir şəkildə ötürür. Kitab Əfqanıstandakı qadınlardan, onların həyatlarından və bir-birlərinə qarşı davranışlarından bəhs edir. Burada qadınların, bir-birlərinə dəstək olmaq yerinə, necə əziyyət etdiklərini anlaya bilirik. Bu da bizi bu nəticəyə gətirir: Biz qadınlar, bir-birimizə dəstək olmaq məcburiyyətindəyik!

Anna Karenina (1877), Lev Tolstoy
İlk baxışda Anna Karenina-nın niyə hər qadının oxuması lazım olan bir kitab olduğu başa düşəlməyə bilər. Çünki, kitab ümumi olaraq gizli (qadağan) sevgi mövzusundadır. Halbuki, Anna Karenina, təkcə qadağan bir eşqdən bəhs etmir. Bu kitabda Tolstoy, Anna Karenina nümunəsi üzərindən 19-cu əsr Rus cəmiyyətini tənqid edir. Məncə cinsiyyət bərabərliyinin də əhəmiyyətini vurğulayır, çünki Anna Karenina həyatı boyunca kişilərin varlığına ehtiyac duymuşdur. Bir qadının, tək şəkildə cəmiyyətdə formalaşması demək olar qeyri-mümkündür, çünki həm cəmiyyət bunu qəbul etmir, həm də bunu bacara biləcək iqtisadi azadlığa sahib deyillər.

Çalıquşu (1922), Reşat Nuri Güntekin
Bu roman, Fəridə adında gənc bir qadından bəhs edir. Çalıquşu isə Fəridənin ləqəbi olur. Bu kitabda Fəridənin gündəliyini oxuyub onun həyatını paylaşırıq. Əlbəttə, bu gündəlikdə sevgi və inciklik var. Xatirələrindən qaçmaq istəyən Çalıquşunun, müəllim kimi Anadoluya gedişini də görürük. Balaca uşaqkən bu kitabı oxuyanda Anadoluda yaşadıqları ilə idealist bir gənc qadın olan Fəridədən çox təsirlənmiş, onun kimi olmağın xəyalını qurmuşdum. Həm də bu kitab insanda gündəlik tutmaq istəyini də oyandırır.

Hər nə qədər hər qadının oxuması lazım olan kitablar arasından 5 dənəsini paylaşmış olsam da bu kitabları yalnız qadınlar deyil, kişilər də oxumalıdırlar. Bu siyahıda olmalı digər kitablar sizcə hansılardır? Bizimlə paylaşın!

Güllü Nağıyeva
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri