Nə istədiyinizi həqiqətən bilirsinizmi? – 4 ADDIM

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 959
Səs ver:
(səs: 1)
Düşünün. Amma hamı kimi xoşbəxtlik, sağlamlıq, müvəffəqiyyət kimi cavablar verməyin. Səsli şəkildə özünüzdən soruşaraq düşünməyə başlayın: “Bu həyatda həqiqətən nə istəyirəm?”

İstədiyiniz miqdarda maaşı olan bir iş və ya hal-hazırda çalışdığınız işdə vəzifə yüksəlişi? Və ya daha çox ev sahibi olub kiraları ilə dolanmaq istəyirsiniz? Dillərə dastan eşq yaşayacağınız yaraşıqlı, əyləncəli və ağıllı bir ağ atlı şahzadə? Bunlara bənzər istəkləriniz əlbəttə ki, var amma bu arzulara çata bilmək üçün özünüzə verməli olduğunuz bir neçə sual vardır:

ARZULARIN HAQQINDA ƏMİNSƏN?
İçinizdən keçənlər həqiqətən sizin istəklərinizdir yoxsa ətrafınızın təsir etdiyi istəklərdir? Əvvəlcə öz istəklərinizi müəyyənləşdirməlisiniz və qərarlı olmalısınız. Bu vəziyyətdə hisslərinizə güvənin.

ARZULARINIZ ÜÇÜN NƏ QƏDƏR SƏY GÖSTƏRİRSİNİZ?
Həyat təəssüf ki, istəklərimizi hazıra nazir sistemi ilə qarşımıza çıxarmır, kaş ki, elə olsaydı! Nə istədiyinizi bilib, onlar üçün çalışdınızmı? Səy göstərməyə davam edirsinizmi? Unutmayın, bunlar cavabları ilə özünüzü aldatmağın heç bir faydası olmayan suallardır.

İSTƏDİKLƏRİN ÜÇÜN DƏSTƏK ALMAĞA HAZIRSAN?
Bəzən nə istədiyimizi bilmək kifayət deyildir. Istəklərinizə çatmaq üçün ətrafınızda sizə kim kömək edə bilər? Yaxınlarınızla açıq olmaq, həyatdakı arzularınıza çatmaqda köməkçi olacaqdır.

ÖZÜNƏ NƏ QƏDƏR GÜVƏNİRSƏN?
Özünə nə qədər güvənirsən? İstəklərinə nail olacağın yol səni qorxuda bilər, bu vəziyyətdə özünə nə qədər güvəndiyin önəmlidir. Sizi arzularınıza çatdıracaq ən əsas ünsür özünüzə olan güvəninizdir. Məqsədlərinizə çata biləcəyinizə, edə biləcəyinizə özünüzü inandırın!
GÜLLÜ NAĞIYEVA
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri