Gec ana olmanın faydaları

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 060
Səs ver:
(səs: 0)
Yeni bir araşdırmaya görə, artıq qadınlar ana olmaq üçün daha uzun müddət gözləyir.Maddi azadlıq və karyera planlaşdırılması üçün uşaq sahibi olmağı ikinci plana atan qadınların sayı artdı. Evli qadınların gəlirlərinin azalmamasının ən əhəmiyyətli faktorlarından biri də analığı təxirə salmaqdır. Washington Universiteti Tibb Məktəbində bu işi icra edən yazar Man Yee Leung, evli və iş sahibi qadınların nə zaman uşaq sahibi olacaqları mövzusunda müxtəlif araşdırmalar aparmışdır. ABŞ-da 30 yaşından sonra ana olan qadınların nisbəti 1975-ci ildə 5% ikən, 2015-ci ildə 25% olaraq təsbit edilmişdir. Tam zaman çalışan anaların, uşaqsız çalışan qadınlara nisbətən daha az gəlir əldə etdikləri təsdiqini tapmışdır. Bir qadının ömür boyu karyera planını və qazanc nizamını təyin edən ilk şey - uşaq olaraq görülmüşdür. Ölkələrin gəlir səviyyəsinə və ailələrin gəlir hesabatlarına baxıldığında, qızıl mədən ölkələrindən Danimarkada çalışan evli qadınların, ya da zəngin evli qadınların 25 yaşın altında ana olduqları görülmüşdür.

Uşaq sahibi olup-olmamanın, gec və ya erkən ana olmanın, gəlir səviyyəsi və cəmiyyətin münasibəti baxımından mənfi-müsbət tərəfləri vardır. Uşaqlı bir qadın, analığı daima ilk sıraya qoyur , nəticədə iş ikinci plana keçir. Lakin gec ana olan qadın daha şüurlu davranır , öncəliyi işinə verir. Bundan başqa, analığın gətirdiyi məsuliyyətlərdən birinin də iqtisadi çətinliklər olduğunu hesablamağı bacarır. Səhhət baxımından isə bunun əksini söyləyirlər. 40 yaşından sonra ana olan qadınlarda ürək xəstəlikləri, iflic riskləri də azalır. Son illərdə gec yaşlarda hamiləlik getdikcə artmağa başladı. Digər tərəfdən də irəli yaşlarda daha sağlam körpə dünyaya gətirmək şansı çoxalır. Ancaq tələfolma riski də az deyildir. Gec ana olmanın qadın sağlamlığı üçün avantaj və dezavantajları vardır. 40 yaşından sonra ana olanlar, 100 yaşına qədər çox sağlam şəkildə yaşaya bilirlər. “Diyabet, xərçəng, aşırı köklük və ürək xəstəliyi olan qadınlar bu baxımdan daha şanslıdırlar” – deyə bilərik.

Mövzumuza geri dönəcək olsaq, səhhət nöqteyi-nəzərindən də , kariyera və yaşam baxımından analığı bir az ertələmək yararlı olacaqdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri