Əsl qadınlığın 4 mərhələsi

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 201
Səs ver:
(səs: 0)
Bilicilər əsl qadınlığa gedən yolu 4 qovşağa bölüblər. Əgər bu qovşaqlar bir yolun başında birləşsə, onda mükəmməl qadın anlayışı sadəcə kitablarda qalmaz, gerçəkləşər. Amma bəri başdan deyim ki, qeyd etdiyim bilicilər də kişilərdir: onlar qadından hər şeyin yüzdə yüz olmasını istəyər, lakin özləri bunun 50 faizini etsələr, möcüzə baş vermiş olar. İstənilən halda tövsiyələrində həqiqət payı var. Ən azından, yaxşılığa doğru dəyişiklik hansı qadına ziyan edər ki? Elə isə bilicilərin “qadınlıq bölgüsü”nə nəzər salaq.

1. Fiziki mərhələ. Qadın olmağın ilk yolu fiziki mərhələdir. Yəni əvvəla əsl qadın kimi görünməlisən ki, daxilini də ona görə tənzimləyəsən. Ən əsası geyim, davranış, münasibət, danışıq, yeriş bu fiziki mərhələnin təməl daşıdır. Nahaq deməyiblər ki, geyim insanın daxilinin aynasıdır. İnsan həyat tərzinə, tərbiyəsinə əsasən geyinir. Təbii ki vulqar geyimli qadından yüksək qadınlıq mücəssiməsi gözləmək olmaz. O, artıq qadınlığı geyimi ilə təhqir edib. Müasir, dəbli, yaraşan, qadınlığı bəlirləyən geyim mütləqdir. Əsl qadın dərisinə, saçlarına, təmizliyinə mütləq diqqət yetirməlidir. Dəb deyərkən, ondan asılı vəziyyətə də düşməməlidir. Məsələn, hazırda dəb idman üslubuna, xüsusən də ayaqqabılarına üstünlük verir. Ancaq bu, o demək deyil ki, operaya, teatra da krasovkada və əsgər botunda gedəsən. Qadın hara nə geyəcəyini özü təyin etməlidir, dəb yox. Bundan başqa, oturub-durması, yerişi, səsi, danışığı geyimlə tənzimlənməlidir. Həqiqətən də gözəl geyimli, xoş görünüşlü qadının söyüşlə, xırıltıyla danışığını görsək, yerli-yersiz şit qəhqəhəsini eşitsək, o, dərhal gözümüzdən düşər. Daha bir vacib fakt – bədən çəkisini diqqətdə saxlamalıdır. Qadının ən gözəl yeri sinəsi və ya uzun ayaqları deyil, onun belidir. İncə bel qadının özünə və yeməyinə diqqətinin göstəricisidir.

2. Emosional mərhələ — ilk növbədə əsl qadın əsəblərini qorumağı bacarmalıdır. Bunu bacarmasa, soyuqqanlı ola bilməsə bütün gözəl keyfiyyətləri zibil qutusuna atmalı olacaq. Elə səs tonu və davranış seçməlidir ki, nə özü başqasını qıcıqlandırsın, nə də başqasına hörmət səddini keçməyə izn versin. Qətiyyən aqressiv adamla söhbət etməsin. Belələri qadını özündən çıxarıb xoşagəlməz görüntüyə səbəb olar. Əsl qadın qarışqanı şişirdib fil eləməz, amma azdan çox yaradar. Bir təbəssümü belə ruha qida verər. Lakin hər şeydən öncə özünü anlamalı və tanımalıdır. Bu həyatdan nə istədiyini, kimi istədiyini bilməlidir. Özünə hörmət edən qadın həyatdan istədiyini almağı bacarmalıdır, yalnız özünə, hislərinə bələd olduğu halda həyatında və ətrafında kimi görmək istədiyini ayırd edə bilər. Əks təqdirdə nə həyatdan zövq ala bilər, nə də münasibəti onu xoşbəxt edər. Münasibətin getdikcə dərinləşməsi də qadından asılıdır. Boşuna deməyiblər ki “Yuvanı dişi quş qurar”. Dinləməyi, hörmət etməyi, yeri gələndə itaət etməyi, özünü və qarşısındakını bağışlamağı, sevgisini dilə gətirməyi, göstərməyi bacarmalıdır. Bu, ilk növbədə özünə xeyirdir. Çünki səhv addımlardan asılıb qalmaq, keçmişin ətəyindən yapışmaq onu zehni, mənəvi olaraq çökürdər. İnsanı olduğu kimi qəbul etmək, yanlışlarını dərhal deyil, tədricən düzəltmək bacarığı da hər qadına xas deyil. İlk növbədə səbir, iradə və əlbəttə ki, sevgi vacibdir. “Olmalıdır”, “Etməlisən” əmrini kənara qoyun, sevgi zərurətdir, ancaq məcburiyyət deyil. Təkcə sevgiliyə qarşı deyil, bütün yaxınlarına və yadlara qarşı da belədir. Valideynlərə küskünlük saxlamaqla onlardan qisas alınmaz. Əvvəla heç bir valideyn övladının pisliyini istəməz, ola bilsin ki, vəziyyət mənfiliyə yol açıb. Bağışlaya bilmək həyat yoldaşı, qız övladı, bacı – hansı rolda olursa-olsun qadını ilahiləşdirər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri