Kişilərin bədən dili bizə nə deyir?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 840
Səs ver:
(səs: 0)
Bədən dilini başa düşmək çox böyük bir avantajdır. Əgər belə bir bacarığınız varsa bir addım irəlidə olduğunuza əmin olun. Çünki belə olduqda kimsə sizi aldada bilməz, sadəcə mimiklarından və jestlərindən hər şeyi başa düşə bilərsiniz. Sevgilinizin görüşlərdə necə davrandığnı təhlil edin. Əlləri, baxışları, qaşları və üz cizgiləri onu ələ verir. Sevən kişini başa düşmək üçün onun sizinlə olan rəftarını nəzərdən keçirmək labüddür. İlk mərhələdə sevgilinizin baxışlarını təhlil edin.Kişi bədən dilində baxışlar ön sırada yer alır. Onu baxışlarına baxaraq anlamağa cəhd edin.Gözlərinizin içinə diqqətlə və fasiləsiz baxırsa, bu, onun özünə olan güvənin göstəricisidir. Yəni, sizə yaxın ola bildiyi üçün özünə güvəni yüksəkdir. Lakin bunun əksi də ola bilər. Söhbət zamanı fikri başqa yerdədirsə, özünə güvəni azdır. Gərgin olduğu üçün sizə baxmağa utandığını, amma xoşu gəldiyini düşünə bilərsiniz. Gözlərini gözlərinizdən qaçırması hər zaman sizdən xoşu gəldiyinin göstəricisi olmaya bilər. Göz təmasından çəkinməsi, ya da üzünü tamamilə başqa yerə çevirməsi saxtakarlığının göstəricisi ola bilər. Bunu gizlətməyə ehtiyacı duymur.

Sizinlə söhbət edərkən əl hərəkətlərini izləyin. Ovuc içini göstərirsə, duyğularından əmin ola bilərsiniz. Bu hərəkəti edən kişi qarşındakı insana açıq ürəklə yanaşdığını və ona daha dərin hisslər duyduğunu bildirir. Əslində, əlinə açaraq sizə ürəyini də açdığını göstərmək istəyir.

Qarşınızdakı kişinin sizə duyduğu sevginin bitib-bitmədiyini göstərən ən dəqiq işarə bu baxışdır. Başını sağ və ya sol tərəfə əyərək baxması sizə olan heyranlığının göstəricisidir. Bu bir az aciz baxışdır. Sevgiliniz zərərsiz olduğunu və sizə yaxınlaşmaq istədiyini göstərmək istəyir. Amma bu qəsdən edilən davranış deyil, qeyri-ixtiyarı və ürəkdən gəldiyi üçün elə baxır. Bu baxış qadınların qəlbini oğurlamağa bəs edir. Sevdiyi insanla görüşən kişinin tək qaşını qaldıraraq baxması təbii haldır. Üz cizgilərini diqqətlə izləyərək nə demək istədiyini anlamalısınız. Çünki qaş-göz hərəkətləri bir anda olur və bitir. Sevgiliniz, yaxud həyat yoldaşınızdan sevgi sözləri eşitmədikdə nə etməlisiniz? Əlbəttə ki, ona sevgisini daha çox göstərməsi üçün təzyiq göstərə bilmərsiniz. Çünki sevgisini əlindən gələn qədər göstərib. Halbu ki, bəzən hərəkətlər sözlərdən daha təsirli olur. Onun davranışına diqqət edin və sevgsini göstərən hərəkətləri görməyə çalışın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri