Kişilərin bədən dili nə anlama gəlir?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 618
Səs ver:
(səs: 0)
Əslində hər kəsin nə demək istədiyini bədən dili vasitəsilə başa düşmək mümkündür.Ancaq kişilərin bədən dilini başa düşmək bəzən biz qadınlar üçün sözün əsl mənasında çətin gəlir. Çünki çox zaman kişilərin ağlından keçənlər bizim dərk etdiyimizdən qat-qat fərqli anlama gəlir.
Amma indi yazacaqlarımızın inanırıq ki sizə böyük köməyi toxunacaqdır.

Bədən Hərəkətləri: Yeni sevgiliniz birdən-birə qolunu çiyninizə atıb, uzun müddət qolunu orada dinləndirirsə təəccüblənməyin. Bu daha çox bir az məsafəli olmağa diqqət edən və tələskən davranmaq istəməyən bir kişinin davranışının rəmzidir. Təbii ki, bu hər zaman belə olacaq demək deyil. Əgər qolunu sevgi dolu və yumşaq bir şəkildə çiyninizə və ya boynunuza atırsa, bu açıq şəkildə hisslərini və ya səmimiyyətini ifadə edir. Amma əgər qolunu sizə bir dülgər kimi dolayıbsa və narahatdısa, bu psixoloji apatiyanın bir simvolu ola bilər.

Əl Hərəkətləri:Bir kişinin sizə necə toxunduğu, onun həqiqi duyğuları ilə mütənasibdir. Bu özünü daha əlaqənin başında əlinizi tutma şəkli ilə göstərir. Əgər əllərinizə toxunur, ancaq təkcə barmaqlarınızı oxşayırsa, məsafə istəyir deməkdir. Bu vəziyyətdə ona bir az vaxt verin, bəlkə də, başı başqa işlərlə məşğuldur. Ancaq əllərinizi tutub, sevgi və yüngül masaj edər kimi oxşayırsa, vəziyyət çox daha fərqlidir.Bu sizə qarşı br şeylər hiss etdiyinə və daha yaxın olmaq istədiyinə işarədir. Belə hallarda əlinin səthinin daha çox yuxarıya, yoxsa aşağı mı doğru olduğuna diqqət edin. Yuxarıya doğru əl səthi etimadı, aşağıya doğru əl səthi isə qətiyyətsizliyi təmsil edər. Müsbət əl hərəkətlərindən bir digəri isə, əllərini ovuvlarınıza gizlətməsidir. Bu bağlılığının və səmimiyyətinin bir işarəsidir. Həmçinin əllərinizi oxşaması artdıqca o dərəcə arzu bəsləməkdədir, sizə.

Boyuna atılan bir qol da çox vaxt qadınları çox həyəcanlandırmaz, çünki bu daha çox yaxın dostluq ilə əlaqələndirilir.

Qol Hərəkətləri: Qucaqlamalarından isə bunları başa düşə bilərsiniz; bəzən kişilərin iç üzünü anlamaq əslində çox asandır;
Əgər qolunu ayağınıza dolayıb sizi möhkəm özünüzə çəkirsə, bunun tək bir mənası var: Səni istəyirəm! Bəzən isə kişilərin bəzi hərəkətlərini anlamaq çox çətin ola bilər. Məsələn, əgər qolunu çiyninizə xəfifcə atıbsa, digər əlini də belinizdə dinləndirirsə yəni sizi yarı şəkildə qucaqlayıbsa bu nə mənaya gəlir? Sizə qarşı məsafəli olmaq istəyir? Yoxsa özünü məcbur mu hiss edir? Bunun mənası mütləq bunlar olmaq məcburiyyətində deyil. Bu səbəblə bundan sonrakı davranışlarından şərhlər çıxara bilmək üçün, onu izləməyə davam etməlisiniz. Əgər qolunu belinizdən yavaşca boşluğa doğru çəkirsə və təsadüfən sizdən uzaq kimi dayanırsa, bu sizə qarşı daha məsafəli olmaq istədiyi mənasına gəlir.Ancaq əgər əksinə, sizə daha da yaxınlaşırsa, bu fiziki cəhətdən sizə yaxınlaşmaq istədiyinə işarədir. Beldə duran əlləri yavaş-yavaş yuxarılara çiyinlərinizə çıxıb, barmaqları ilə orada yavaş zərbəli masajlar edirsə, bu sizi arzuladığının və sizi də buna hazırlamaq istədiyi mənasına gəlir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri