Leopar sevgisi

Müəllif: Sweet Candy
Şərhlər: 10
Baxılıb: 370
Səs ver:
(səs: 0)
Payız-qış mövsümünün gəlməsi ilə leoparlı geyimlər və aksessuarlar gün üzünə çıxdı. Leopar düzgün istifadə edildikdə olduqca tərz və modern bir havaya bürünə bilir.

Hər daim dəbdə olan parçalardan leopar, qışın əvəzolunmazlarından biridir. Bəzən zərif, bəzən cazibədar və isti bir görünüş qazandıran leopar parçasını istər geyiminizdə,istər aksessuarlarda istifadə edərək stilinizə fərqli bir hava qata bilərsiniz.

Bu sərin qış günlərində həm gözəl görünüb, həm də soyuqdan qorunmaq istəyirsinizsə, leopar naxışlı xəz paltolar əla seçimdir. Klassik tərzdə modellərlə yanaşı bu tərz barak kəsim modellər gündəlik kombinləriniz üçün idealdır.

Cazibədar görünməyi sevirsinizsə, leopar naxışlı bir dabanlı ayaqqabı tam sizə görədir.

Yumru burunlu, hündür ancaq dabanı az olan bir ayaqqabıyla diqqəti özünüzə çəkə bilərsiniz.

Başdan aşağı leopar geyinmə həvəskarı deyilsinizsə, sadə və gözəl bir leoparlı çanta ilə paltarınızı tamamlayaraq xoş bir görünüş yarada bilərsiniz.

Kombininizdə düz rəngli bir çanta istifadə edib tək bir ulduz yaradacağınız kimi, leopar detalı olan qara bir çanta ilə uyğun bir görüntü əldə edə bilərsiniz. Ancaq digər parçalarda sadə seçimlər etməyinizdə fayda var. Boyfriend cins və ağ toxunma parça cütlüyü ideal bir fikir ola bilər.
Leopar sevməyənlərin belə xoşuna gələcək mini, sevimli bir toxunma parçaya , mütləq qarderobunuzda yer verin. Dar şalvar və ya ətəklərlə uyğun kombinlər əldə edəcəyiniz qətidir.
Ofis kombininizə leoparı qatmaq istəyirsinizsə, burnu iti qaçan leopar naxışlı ayaqqabı seçim edə bilərsiniz. Bu model ilə həm sadə, həm də cəlbedici olmağı bacara bilərsiniz.
Xanım-xatun olmağı sevirsinizsə, leopar naxışlı bir toxunma parça ətəyi ilə stilinizə hava qata bilərsiniz. Diz üstü dar kəsim leoparlı bir ətəyi, düz ağ, qolsuz köynək və qara gödəkcə ilə tamamlayaraq xoş bir mənzərə əldə edə bilərsiniz.
Leopar deyəndə ağlınıza yalnız qəhvə və qara gəlməsin. Qara,ağ rəngli leopar naxışlı da olduqca xoş görünür. Ağ hörgülü yun koftayla geyəcəyiniz ağ-qara leoparlı, mini klyoş ətək ilə sadə və zərif bir görünüşə bürünə bilərsiniz.

(səs: 0)
Şərhlər: 10
Baxılıb: 370
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BakılıQız
Ayda hec sevmediyim bir sey,esla istifade etmerem.
14 may 2019 16:40
10
Гулмек бир вирусдур, гулумсейин 30
Offline
_İNCİ_
Leopar ayaqqqabini cox beyenirem
Aksesuarda o qederde xosuma gelmir
14 may 2019 12:53
9
Offline
LuNa
Leopard geyimlerini geyinende qıdığım tutur Sevmirem
13 may 2019 18:24
8
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️
Online
YalniZ-ArZu
Eynen fon seklindeki ikinci yupka kimi yupkam vardi leopar. Karandash yupka idi, eynime tam otururdu elede gozel yaraşirdiki)) Aile qurandan sonra mamam paltarlarimi payladi. aralarinda cox sevdiym geyimlerim canta ayaqqabilarim vardi(( Ele bil ölməyə gedirem daha ehtiyacim yoxdu (hele de gozum qalib deyesen122)
Leopar desenli donlar geyimler sevirem..son donemler elede rastima cixmir maraqli desenler...olanlar da solgun qarmaqarişiq naxişlardir deye almiram...mence gozel gorunur heyvan derisi stilde naxishlar...reng calarlarindan ve yaraşmaqdanda cox şey asilidi.
Tesekkurler xebere gore.
13 may 2019 18:07
7
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
vipbetul
leoparli geyimler her zaman debli olur
13 may 2019 09:23
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
GünAy
Leoparli geyimleri cox beyenirem. Her zaman da tercihim olub. deli
12 may 2019 12:59
5
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
Offline
tatyana
Men sevirem leopar geyimler,qarayla ve cinsle kombin etmeye üstünlük verirem,qırmızıyla kombin edende cox vızıvayuşi görsenir
12 may 2019 11:55
4
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Online
Love Angel
Leopar dəsənini heç sevmirəm. Sadəcə aksessuarda bəyənirəm. Çünki, nə qədər dəbli geyinərsən geyin, leopar dəsəni ilə konbin etmək çətin olur.
Təşəkkerlər.
12 may 2019 10:20
3
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
BARBI
Leopari yalniz ayaqqabida xoslayiram
12 may 2019 08:30
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
diablo
Leopar desenli geyimleri sevirem hetta qarderobumdada buna yer ayirmisam tesrkkurler can
12 may 2019 08:02
1
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri