Kişilərin xarici görünüşü qadınlar üçün...

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 976
Səs ver:
(səs: 0)
Yeni araşdırmalar göstərir ki, hətta bir kişinin çox yaxşı xarakteri olsa belə, xanımlar axtardıqları partnerin ən azından xoş görünüşlü biri olmasına önəm verirlər. Araşdırmaçılar 15-29 yaş aralığında olan gənc xanımlara potensial partnerlərini seçmək üçün bir sıra şəkillər və xarakteristikalar (açıqlamalar) təklif etmiş, bu müddətdə onların 37-61 yaş aralığındakı analarına da eyni informasiyadan istifadə edərək qızları üçün potensial partner seçmələri xaiş edilmişdir. Nəticələr göstərib ki, kişilərin xarici görünüşü hər iki qrupa şəxsiyyət və xarakter özəlliklərindən daha çox təsir göstərib. Bu kişilərin bioqrafiyaları hörmətli, dürüst, etibarlı kimi arzulanan, yüksək keyfiyyətlərlə doldurulmasına rəğmən baş verib. Həm qızlar həm də analar arzu olunan potensial partnerləri seçərkən cəlbedici olmayan kişilərdən çox yaraşıqlı və orta səviyyədə xoş görünüşə sahib olan kişiləri seçiblər. Evolutionary Psychological Science jurnalının mart ayında yayımlanan sayında ortaya çıxarılmış təsbitlər bunu deməyə əsas verir. Araşdırmalarımız göstərir ki, qadınlar bir kişidəki fiziki çəkiciliyi etiraf etdiklərindən daha çox önəmsəyirlər deyə qeyd edib sosial psixologiya professoru Madeleine Fugère .Bu mövzuda daha öncə aparılan araşdırmalar bir qədər təzadlı nəticələr göstərib. Daha öncəki araşdırmalar zamanı xüsusilə qızlara ünvanlanan sorğular xarakter özəlliklərinin xarici görünüşdən daha önəmli olduğunu deməyə əsas verir. Lakin real həyatda insanların romantik qərarları necə qəbul etməsi göründüyü qədər sadə deyil deyə Fugère açıqlama verir. Məsələn speed-dating ( sürətli tanışlıq) araşdırmalarından əldə edilən məlumatlar göstərir ki, bir kişinin fiziki cazibəsi qadının partner seçiminə ciddi təsir göstərir. Beləliklə qadınlar üzərində aparılan bu yeni araşdırma qadınların görünüş yoxsa xarakterə üstünlük verdiklərini test etməyə cəhd edib.

Əgər kişi ortalama bir yaraşığa sahib deyilsə onun xarakteri qadınları maraqlandırmır

Fugère'un dediyinə görə əgər kişi ən azından orta səviyyədə yaraşıqlıdırsa onun xarakteri qadınları maraqlandırır. Əgər kişi ortalama bir yaraşığa sahib deyilsə onun xarakteri qadınları maraqlandırmır. Fugère həm də əlavə edir ki, müxtəlif insanların orta səviyyəli cazibədarlığa dair fərqli düşüncələri var. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, orta səviyyədə yaraşıqlılıq həm qızlar həm da anaları üçün zəruridir.
Fugere deyir ki, onlar bu önəmli seçimi şəxsiyyətin lehinə etməyə can atmırlar. O açıqlayır ki, bu fiziki cazibə potensial partnerlərdə bir “qapıçı” mexanizmasını işə salır. Araşdırmalar bir daha açıqlayır ki , bir kişi fiziki cazibənin gərəkli bir səviyyəsindədirsə qadınlar bu kişinin xarakter özəlliklərini nəzərə almağa istəkli olurlar.Beləlikdə yeni araşdırmalar, xarakter özəlliklərinin daha önəmli olduğunu göstərən köhnələrlə birlikdə qadınların bir kişidə fiziki cazibəyə verdiyi əsl önəmi diqqətdən kənarda qoymamağı təklif edir. Kişilərin bir partner seçimində xarici görünüşə verdikləri önəmin bioloji əsasları ola bilər. Çünki kişilər qadının fiziki cazibəsini onun fiziki cəhətdən sağlam olması və dünyaya sağlam övladlar gətirə bilməsi ilə əlaqələndirə bilirlər. O deyir ki, bənzər nəticələr verib verməyəcəyini yoxlamaq üçün araşdırmasının növbəti mərhələlərində qadın fotolarından istifadə edərək bənzər eksprimenti atalar və oğulları ilə də aparacaq. O həmçinin analar və qızları ilə yenidən sınaq keçirəcək və bu səfər potensial partnerlərin xarakter özəlliklərinə həm pozitiv, həm də neqativ bəndlər əlavə edəcək. Çünki mövcud nəticələr yalnız müsbət xüsusiyyətlər daxil edilmiş araşdırmalar əsasındadır deyə qeyd edib.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri