Gənc qızlar üçün çox vacib!

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 765
Səs ver:
(səs: 0)
Yetkinlik qızların həyatı baxımından bədənlərinin kiçik bir qız uşağından qadın olmağa doğru dəyişdiyi zamandır. Bunun yanında yetkinlik dövrü sonunda bədəniniz körpə dünyaya gətirə biləcək xüsusiyyətlərə sahib olar. Yetkinliyə ümumiyyətlə qızlar 9-13 yaş arasında və kişilərdən daha erkən girərlər. Bu səbəblə həyatın bu dövründə qızlar – kişilərin tam formalaşana qədər- bir neçə il tez formalaşırlar.

Sinələr
Qızların çoxunda yetkinlik sinələrin böyüməsi ilə başlar. Sinələrinizin böyüdüyünü məmə uclarının birinin və ya hər ikisinin üzərində kiçik və həssas bir qabarıqlıq meydana gəlməsi ilə fərq edərsiniz. Bu qabarıqlıq bir neçə il içində gedərək böyüyəcək. Başlanğıcda bir sinə digərindən daha böyük ola bilər və bu vəziyyət bəzən sinələr son şəklini alana qədər davam edə bilər. Sinələr inkişafa başlayınca büstqalter taxma ehtiyacını hiss edərsiniz. Bəzi qızlar büstqalteri ilk dəfə geydiklərində həyəcanlanarlar, çünki bu qadın olmağa doğru ilk addımdır! Bununla birlikdə bəzi qızlar (xüsusilə yoldaşları arasında ilk özləri büstqalter taxdığında) utana bilər. Sizin ilk büstqalter geyməniz cəmiyyət içində böyümüş rəftarı görmənizə səbəb olacaq və onlar baxımından bu vəziyyət utanma mövzusu deyil sizin böyümənizdən ötəri qürur mövzusu olacaq.

Tüklənmədə artım

Yetkinliklə birlikdə genital bölgədə (qıçlarınızın arasında) yumşaq tüklər görünməyə başlayacaq. Bu tüklər daha sonra sıx və qıvrımlı hala gələcək. Genital bölgədəki tüklənmə ilə birlikdə qol altlarında və qıçların üzərində də tüklər görünəcək. Bir çox qadın bu tükləri təmizləməkdədir. Bu əməliyyatın tibbi bir səbəbi yoxdur – tamamilə fərdi seçki mövzusudur. Tüklərdən xilas olmağa qərar versəniz klassik şəbəkədə və ya lazer epilyasiya üsullarından istifadə edə bilərsiniz.

Bədən şəkli
Zamanla ombalarınız genişləyəcək, beliniz isə daralacaq. Bədəniniz qarın, omba və qıçlarınızda yağ yığmağa başlayacaq. Bu inkişaf normaldır, çünki beləcə qadın bədəninə xas xəttlər meydana gəlməkdədir.

Bədən ölçüləri
Qollarınız, qıçlarınız, əlləriniz və ayaqlarınız bədəninizin geri qalan qisimlərinə görə daha sürətli böyüyəcək. Bədəninizin geri qalan qisimləri qol və qıçlarınızdakı böyüməyi tutana qədər özünüzü bir az formasız (kobud) hiss edə bilərsiniz.

Dəri

Dəri yetkinliklə birlikdə daha yağlı hala gələr və daha çox tərlədiyinizi fərq edərsiniz, çünki tər vəziləri də böyüməyə başlamışdır. Dərinizi hər gün təmizləməniz lazımlıdır. Bunun yanında qoxu və tər yaşlığını önləmək üçün deodorant və ya tər təsirini azaldan spreylər istifadə edə bilərsiniz. Dərinizi təmiz tutma səylərinə baxmayaraq yenə də yüzünüzdə sızanaqlar olacaq. Bu sızanaqlar dövründəki hormonların yüksəlməsinə bağlı olduğundan normal qəbul edilir. Bütün yetkinlərdə bu və ya bu zamanda sızanaq olacaq. Sızanaqlarınız çox şiddətli olduqda bir həkimlə məsləhətləşmənizdə fayda ola bilər.

Menstürasyon
Qızların çoxunda 9-16 yaş arasında menstürasyon (adət aldanması) periodu başlar. Yetkinlik dövründə yumurtalıqlarda(overler) dişi döllənmə hüceyrələri (ovum) yetkinləşər bu hüceyrələr cinsi birləşmə ilə qadın iç genital orqanlarına çatan kişi döllənmə hüceyrəsi (sperma) ilə qarşılaşsa hamilə qalınar və körpə dünyaya gələr. Bu sırada körpəyə hazırlıq olaraq rəhm (uterus) iç səthində qan hüceyrələrini də ehtiva edən qalın bir təbəqə meydana gələr. Əgər ovum sperma ilə qarşılaşmazsa uterustaki hazırlıq gərəksiz hala gələr və bu toxu adət qanaması olaraq vaginadan tökülər. Menstürasyon Periodu hər ay bənzər qanamanın olması ilə xarakterizedir. Bir qız uşağında menstürasyonun başlaması artıq hamilə də qala biləcəyi mənasını verər.

Menstürasyon periodu əsnasında paltarlarınızın çirklənməməsi üçün təmizlik bezi və ya tampon istifadə etməniz lazımlıdır. Bəziləri bez, bəziləri isə tampon seçərlər. Tampon ilk dəfə istifadə edilərkən boşalmalı və tampon yavaşca vajinaya itələnilməlidir. İndiki vaxtda qızların çoxu mini bezləri seçməkdədir. Menstürasyon periodu ümumiyyətlə 3-7 gün davam etməkdə və daha sonra 1-2 gün rəngsiz bir qanama davam edə bilməkdədir. Bu normaldır. Period xaricində qanama başlarsa uşaq həkiminə müraciət etməniz lazımlıdır.

Normal menstürasyon periodu əsnasında üzmək, ata minmək, və ya gimnastika etmək kimi normal fəaliyyətlərinizdən imtina etmənizə ehtiyac yoxdur. Tam tərsinə məsələn məşq menstürasyona bağlı digər narahatlıqlarınızın azalmasına kömək edə bilər.

Menstürasyonun başlanğıc dövründə bir çox gənc qız daha sonrakı qanamalarının tam zamanında olacağını mütəfəkkirlər, lakin nadir olaraq belə olar. İlk il (bəlkə daha uzun müddət) içində menstürasyon siklusu təqvimə uyğun gəlməz, bəzən 3 həftə kimi qısa müddət içində bəzən isə 6 həftə kimi uzun bir müddətdə qanama ola bilər. Bir müddət sonra siklus nizama girəcək və qızların çoxunda hər 3-5 həftədə bir menstüral qanama olacaq. Siklus nizamlı hala gəldikdən sonra da xəstəlik, stress altında qalmaq, ağır məşq, qeyri-kafi bəslənmə və ya bir şeylərə çox əsəbiləşmək kimi vəziyyətlərdə menstürasyon axsaya bilər. Təbii olaraq bütün bu səbəblərin yanında menstürasyon gecikmələrində hamilə qalınmış ola biləcəyi ağla gəlməlidir.


Bəzi uşaqların menstürasyon qanamaları digərlərindən daha ağır ola bilər. Lakin kədərlənməyin, sağlamlığınızı təsir edəcək qədər qanama olmaz. Bədəninizdə 5 litr qan vardır və menstürasyon əsnasında ancaq 50-100 ml qan itirərsiniz. Bununla birlikdə həqiqətən ağır bir qanamanız ola bilər (gündə 6-8 bez dəyişdirməniz lazım ola bilər), bu vəziyyətdə uşaq həkiminizlə görüşmənizdə fayda vardır.

Menstürasyon periodu əsnasında, əvvəlində və ya sonrasında aşağıdakı şikayətlənmələr görülə bilər:
Kramplar
Qarında qaz yığılması
Sinələrinizdə həssaslıq və ya qabarıqlıq
Baş ağrısı
Özünü pis hiss etmə və narahatlıq kimi ani romantik dəyişikliklər

Depressiya
Yuxarıdakı tapıntılar şiddətli olduğunda uşaq həkiminizlə görüşməniz lazımlıdır. Çox vaxt kramplar və digər şikayətlənmələriniz yüngül olar və onları nəzarət etmək asandır. Uşaq həkiminiz özünüzü daha yaxşı hiss etməniz üçün sizə bəzi dərmanlayar və məşq tövsiyə edəcək. Aşağıdakı hallardan biri olduğunda isə mütləq uşaq həkiminizə müraciət etməniz lazımlıdır.

Menstürasyon periodunuzda xəstəlik kimi bilinən bir səbəb olmadan ani dəyişiklik olması
7-10 gündən çox sürən çox ağır qanama olması

Periodlar arasında qanama olması

Menstürasyon başlanğıcından sonrakı dövrdə iki gündən çox sürən şiddətli qarın ağrısı olması

Hamilə qaldığınız düşüncəsi

Menstürasyon siklusunuzla əlaqədar hər hansı bir şeyin səhv getdiyini düşünürsünüzsə; Uşaq həkiminiz ilk qiymətləndirməyi edəcək və lazımdırsa infeksiyon və ya başqa problemlər üçün bir qadın-doğum mütəxəssisinə girmənizi təklif edəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri