Kişilərə elə gəlir ki, qadınların hamısı... - ARAŞDIRMA

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 3 588
Səs ver:
(səs: 0)
Son zamanlarda tez-tez hansısa gənc ailələrin çox erkən, hətta bir ay sonra boşandıqlarının şahidi oluruq. Onların arasında adi vətəndaşlar da, tanınmışlar da var.

Boşanmaların artma səbəblərindən biri də sosial şəbəkələr göstərilir. Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr üzündən ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq. Bu iddia təkcə ölkəmizdə deyil, digər inkişaf etmiş ölkələrdə də var. Məsələn, amerikalı ekspertlər qeyd edirlər ki, ABŞ-da hər 6 boşanma qərarının 1-də Facebook-un adı çəkilir. Bildirilir ki, yeni dostlar, yeni çevrə və keçmiş dostları birləşdirən səhifələr evlilikləri təhlükəyə salır. Bu səhifələr ailələrdəki münaqişələrin daha da böyüməsinə səbəb olur.

Başqa bir səbəb gənclərin sosial şəbəkələrdə tanış olub, bir-birini yaxından tanımadan tez bir zamanda evlənmək qərarına gəlməsidir. Araşdırmalara görə, boşanmaların 20-25 faizi nikahın adətən tanışlıqdan 3-4 ay sonra bağlanması ilə əlaqədardır.

Psixoloq, ailə terapevti Sevinc Baxışova ailədaxili münaqişələrin səbəbini mühitin təsiri ndə görür: “Cəmiyyət günü-gündən mürəkkəbləşir, maddi dəyərlər ön plana keçir, mənəvi dəyərlər sıxışdırılır. Mənəvi dəyərlərin get-gedə öz əhəmiyyətini itirməsi ailə dəyərlərinə çox güclü zərbə vurur.”

Baxışovanın sözlərinə görə, son zamanlar ailə daxili münaqişələr geniş vüsət alıb. Ən kiçik problemi tərəflər bir- birinə güzəştə getmək istəmirlər: “Buna səbəb isə ailə daxilində ər və arvadın şəxsi keyfiyyətlərinin bir-birini tamamlamamasıdır. Bu qanunauyğunluğun pozulması ailədə tərəflərin konfliktlərinə səbəb olur. Tərəf müqabilinin dözülməz xasiyyəti, birinin digərini fiziki və psixoloji zorakılığa məruz qoyması şəraitində yaşayan insanlar psixoloqlar tərəfindən qınanılır. Əgər bir tərəf digərindən asılı olarsa, gec-tez asılı tərəf digərinin hökmlərinə tabe olmaq zərurəti ilə qarşılaşacaq və buna edilən etiraz nəticəsində münaqişələr, qalmaqallar, boşanma və s. neqativ hallar baş verəcək. Təbii müşahidələrdən bəllidir ki, zorakılıq hallari ilə adətən qadınlar üzləşir. Təəssüflər olsun ki, fiziki zəifliyin mənəvi cəhətdən (mənəvi gücü insanın təhsili, savadı, məlumatlılığı, zəngin dünyagörüşü təmin edir) kompensasiya olunmaması ailədə qadın hüquqlarının pozulmasına, şiddətlərin artmasına, ailələrin dağılmasına və digər fəsadlara gətirib cıxarır. Ailəsizlik damğası isə daha cox qadınlara ağır psixoloji travmalar yaşadır. Odur ki, ailədə həm qadin, həm də kişi öz rolunu düzgün dərk etməli, kompromislərə hər zaman açıq olmalıdırlar”.

Sonda onu da qeyd edək ki, ailə daxili problemlər, münaqişələr hər zaman olub. Lakin tərəflər bir- birinə kompromisə getməkdən çəkinməməlidirlər. Hələ ailədə artıq uşaq varsa…
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri