Gözəl Dodaqların Sirri...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 626
Səs ver:
(səs: 1)

Gözəl Dodaqların Sirri...

 

Dodağın kənarında qalanlar

Rəngli qələmlərlə edilən bəzi yerlərdəki boya, körpələr evidəki uşaqların şəkil dərsində edilsəydi, gülməli ola bilərdi. Ancaq pomada ilə edilmiş makiyajın, 5 yaşında bir uşağın etdiyi makiyaj kimi dayanmasını istəmirsinizsə, pomada fırçası istifadə etməyinizi təklif edərik. Pomadanızı fırça ilə incə bir təbəqə olaraq çəkdinizsə, makiyajınız daha gözəl olacaq. Çox olan boyanı, dodaqlarınızdan daşan qisimləri yüngülcə dəsmalla silə bilərsiniz.

 
Dodaqlarınızın ətrafı

Dodaq qələmi heç bir zaman diqqətə çarpmamalıdır. Təbii dodaq rənginizi itirməyəcək şəkildə kölgələndirə bilərsiniz. Pomada ilə deyil, qələm ilə dodaqlarınızı gözəlləşdirə bilərsiniz.

 
Çatlamış dodaqlar

Ölü dəri üçün dodaqlarınızı nəmli bir dəsmal, ya da yumşaq bir diş fırçasıyla düzəldin. Pomadanızı çəkməmişdən əvvəl krem istifadə edin və dodaqlarınızın kremi yeməyini gözləyin. Gün boyunca dodaqlarınızı nəmli saxlamaq üçün ya parladıcı istifadə edin ya da pomadanızı dağıtmayacaq şəkildə kreminizi çəkin.


Rənglərlə makiyaj

Qızıl qayda! Digər detalların xaricində, doğru bir pomada, gündüz edəcəyiniz bir makiyaj üçün mükəmməl görünməyinizi təmin edər. Əgər dodağınızda sınaya bilmirsinizsə, pomadanızı barmağınızda test edə bilərsiniz.

Dişlərinizə bulaşdırmayın.

Pomadanızı çəkərkən, ağzınızı bağlı saxlayın. Dişlərinizin də rənglənməsinə ehtiyac yoxdur və təbii ki, dişlərinizdəki pomada ləkələrini silmək zəhmət olmaz.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri