Əfsanə Rəvan kimdir?

Şərhlər: 4
Baxılıb: 3 426
Səs ver:
(səs: 0)
Əfsanə Rəvan Kimdir.

1.Tanıtmaq istədiyimiz Əfsanə xanım kimdir ?

Əfsanə Rəvan evdar xanım belə.

2.Yazar və yazmaq üçün paytaxt və bölgə problemi varmı ?

Yox, niyə də problem olmalıdır ki ?Amma heç bir müsbət cəhəti də yoxdu, Şəkidə ədəbi mühit paytaxtdakı kimi inkişaf etmir.

3.Yazmaq üçün təkcə istedad kifayət edirmi , yoxsa mütaliədə mütləqdir.Bəzi yazarlar təsirə düşməyim deyə mütaliədən uzaq dururlar.Sizin fikirnizcə bu doğrumu?

Mütaliə mütləqdir özümdən bilirəm. Düzdü hansısa əsəri oxuyandan sonra yazmaq mənimçün çətin olur bir müddət amma, mütləqdir.

4.Əfsanə Rəvan yazar olaraq kimləri oxuyur və oxucu olaraq kimləri oxumağı məsləhət bilir ?

Yazar olaraq Vasif Zöhraboğlunu, Samir Adili, Zaur İlhamoğlunu və bir çoxlarını oxuyuram və oxucu kimi də onları oxumağı məsləhət görürəm.

5.Şeir nədir,şair kimdir.Şeir yazıb şair olmaq Əfsanə xanıma nə verib, nəyi aldı.İtirdiyiniz, yoxsa qazandığınız çox oldu ?

Şeir ruhun mənəvi qidası. Şair qidanın yaradıcısı, ALLAHın sevimli bəndələridir. Mənə qazandırdığı hər şeydən öncə sizin kimi dostlardı.

6.Deyirsən şairlə bir dam altında ömür sürmək çox çətindir.Bu hər iki cinsə aiddirmi.Həyat yoldaşınızı çox incitmirsiz ki?

Hə,düz deyirəm şairlə ailə həyatı qurmaq həmişə uğurlu olmur, hər iki cinsə də aiddir. Məncə yox, bu sualı o, daha düzgün cavablandırar.

7.Bəzi şorgöz kişi şairlər bunu ilham almaqla əlaqənəndirirlər. Mən bununla qismən razıyam (cəsarətli etiraf dı ha).Bəs qadın şairlər.Sizə elə gəlmirmi ki,məhz elə bu səbəbdən kişilərin sevgi şeirləri qadınların sevgi şeirindən daha güclü olur ?

Həqiqətən də kişilər daha güclü yazır, bu danılmazdı. Bəlkə də şorgözlükdən də ona görə əl çəkmirlər. Qadınları deyə bilmərəm amma)

8.Daha çox hansı mövzuda yazırsınız?

Nakam sevgi daha uğurlu alınır mən də.

9.”Amma bağışladım BAXIŞLARINA” deyən Əfsanə Rəvan onun kimliyini bizə açıqlayacaq cəsarətdədirmi, yoxsa sadəcə gülümsəyib hər şeyi soruşmazlar, soruşsalar da cavab verməzlər deyib susacaq ?

Açığı gizli bir şey yoxdu ki, cavablandırmayımda. Sadəcə təxəyyülümün məhsuludur.
( bax bu yerdə deyiblər siz dediniz, Yetim də inandı )

10.Hansı daha çətindir adada tək olmaq, yoxsa səni anlamayanların arasında tənha olmaq ?

Əlbəttə ki, anlamayanların arasında tənha olmaq.

11.Ədəbiyyat ədəb sözündən götürülsədə bu gün ədəbi hadisələrdə baş qəhrəman olmaq üçün ədəbin rolu nə dərəcədə və istedadlı insanlara kömək lazım, istedadsızlar onsuzda qabağa gedəcək fikri üzərində qurulan bugünki ədəbiyyatımız, ədəb durumumuzla razısızmı.

Yorulmamaq mümkün deyil.

12. Kitabınız varmı, varsa niyə var,yoxsa niyə yoxdur ?

Yox, kitabım yoxdu. Bax burda deyərdim ki, hər sualı cavablandırmazlar.

13..Şair həm şeir yazır, həm öz kitabını çıxarır, təqdimatını, satışını təşkil edir.Bu şairin həddən artıq yüklənməsidir.Üstəlik kitabının çap pulunu qazanmaq üçün, ailəsini dolandırmaq üçün də işləməyə məcburdur.Amma şairlərin yazdığı şeirləri oxuyan müğənnilər sponsorlar tərəfindən hərtərəfli təmin olunur. Sizə görə bu ədalətsizlik deyilmi ?

Ədalətsizlik deyil, bilirsiz, şair şeiri yazanda “satacam, pul qazanacam”- deyib yazmır. Amma müğənni oxuyanda o məqsədlə oxuyur, onlara hardasa sponsor vacibdi. Əgər şair şeiri satmaq üçün yazıbsa, onsuzda onun alacağı müəyyən məbləğ olacaq. Ona sponsor olmasa da olar, amma müğənni hər gün efirdə, tədbirlərdə olur, onlara lazımdı.

14.Bəlkə mən soruşmadım, amma demək istədiyin, danışmaq istədiyin mövzu qaldı və bəlkə, qonaq olaraq sizində mənə sualıniz var. Buyurun, indi növbə sizindir.

Sualım budur ki, düzünü deyin amma,neçə ilham pəriniz var? )) Bu layihədə mənə də yer ayırdığınızçün minnətdaram! Uğurlu, davamlı olsun!

Sonda mən də öz adımdan deyim ki, cəmi bir ilham pərim var.Arada mehriban olmasaq da bu yetər ki, arada nəsə yazım və təbii ki , mən də sizə təşəkkür edirəm və düşünürəm ki, bir balaca müsahibə ilə həm sizi özüm tanıdım, həm də oxuculara tanıda biləcəyəm

Hazırladı: Yetim Qacar
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri