10 uşağı olduğuna inanmaq çətindir - Mer arvadının sirləri

Şərhlər: 6
Baxılıb: 2 063
Səs ver:
(səs: 0)
Bu gözəl qadına baxdıqda, onun 10 uşaq anası olduğunu söyləmək çətindir. Belə ki, gənc və gözəl görünən qadının 6 oğlu və 4 qızı var. 

Onun böyük oğlunun 18,  sonbeşik üçüzlərin isə 3 yaşı var. 2016-cı ilin sonlarında Viktoriya "Qəhrəman ana” adına layıq görülüb. Vladıqavqazın rəhbəri Maxarbek Xadarsevin həyat yoldaşı tanınmış sima deyil. Amma onun sosial şəbəkədə ailəvi fotosu və ya selfisi həmişə böyük marağa səbəb olur. 

"Mənə gəncliyimdə desəydilər ki, sənin 10 uşağın olacaq heç vaxt inanmazdım. Fikirləşərdim ki, uzağı 3 uşağım olar. Toydan sonra həyat yoldaşım dedi ki, mütləq 5 uşağımız olacaq. Gerisi istəyə bağlıdır. O, bunu əlbəttdə ki, zarafatla demişdi. Amma düz çıxdı. Hal-hazırda 6 oğlumuz və 4 qızımız var. Bütün oğlanlarımızın adı "a” hərfi ilə başlayır. Qızların adı isə "m” hərfi ilə başlayır. ” 

Viktoriyanın bədən quruluşuna baxdıqda onun çoxuşaqlı ana olmasına inanmaq çətindir. Onun gözəllik sirri isə çox sadədir – sağlam qidalanma, mütəmadi fiziki aktivlik və yüksək əhval ruhiyyə. 

"3 il əvvəl mən üçüzlərə hamilə idim. Onda mənim çəkim 100 kq-dan çox idi. Həyat yoldaşım məni gün doğmamışdan yuxudan oyadaraq idman etməyə çağırırdı, mən isə yatmaq istəyirdim. İndi isə məni buna məcbur etmir, öz istəyimlə edirəm. Sağlam qidalanıram, həftədə 3 dəfə idman zalında məşq edirəm, səhərlər qaçıram”.

10 uşağı olduğuna inanmaq çətindir - Mer arvadının sirləri
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri