Şeron Stoundan İNANILMAZ SÖZLƏR: Gözəllik, münasibətlər, seksuallıq, kişilər və s. haqqında

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 477
Səs ver:
(səs: 0)
Şeron Stoun 60 yaşı olmasına baxmayaraq, gənc qızların və kişilərin heyranlıqla izlədiyi aktrisadır. O, hələ də çiçəklənən gözəlliyi ilə insanları ruhlandırmağa davam edir.

Qadinla.com Şeron Stounun aforizmə çevrilən hikmətli, eyni zamanda tikanlı fikirləri ilə tanış edir.

Qadınlar və gözəllik haqqında

Gözəl bir xanım digər qadınlara və ümumiyyətlə, bütün insanlara qarşı həmişə xeyirxahdır. O, rəqabət, intriqa və xəyanətləri qəbul etmir.

Plastik cərrahiyyə mənlik deyil, amma cərrah xidmətinə müraciət edən qadınları qınamıram. Əgər bu, sizi xoşbəxt edirsə, niyə də yox? Kaliforniyada dodaqlarını böyütmüş, burnunu kəsdirmiş, yanaqlarına dolğu vurdurmuş, dişlərini ağartmış və saçlarını boyamış yüz minlərlə sarışın qadın yaşayır.

Hətta ən bahalı makiyaj və ən bahalı saç düzümü də qadınları gözəl edə bilməz. Ən parlaq və ən maraqlı qadın odur ki, enişli-yoxuşlu bir həyatı olsun.

Yeva Qardner dünyanın ən gözəl qadını idi. Niyə? O, üzündə heç bir dəyişiklik etməmişdi. O, qadına bənzəyirdi və heç bir zaman gənc qıza bənzəməyə çalışmırdı.

Qadınların üz ifadəsi geyimindən daha vacibdir.

Gözəl olub-olmadığım haqqında heç vaxt ciddi düşünməmişəm. Amma sehrli bir nömrə bilirəm: cəzibədarlığın illüziyasını yaratmaq bacarığı. Bir qadın otağa daxil olduqda başqaları onun gözəlliyinə deyil, ondan gələn güc və enerjiyə reaksiya verir.

Qadın hər şeyin məsuliyyətini daşımamalıdır.

Əgər ağıllısınızsa, gözəl olacaqsınız. Çirkin yoxdur. Biri gözəl, biri qızılgül, başqa biri də kaktus kimidir.

Həyatım boyunca eyni sinə ilə yaşayıram.

Təsəvvür edə bilməzsiniz ki, nə qədər plastik cərrah mənə əməliyyat təklifi edib. Bir dəfə hətta razılaşmışdım, yaxşı ki, fikirimi tez dəyişdim. Bəli, qocalıram. Amma mənə elə gəlir ki, yaşlanma sənəti bəzi natamamlıqlara yol verir, onlar obraza həssaslıq və seksuallıq əlavə edirlər.

40 yaşım olanda, əlimdə bir qədəh şərabla hamama girdim və dedim: "Özümü olduğum kimi qəbul etməyənə qədər buradan çıxmayacam".

Qocalıram, amma bu prosesdən zövq alıram. Yaşımı maskalamaq istəmirəm. Yalnız öz yaşımda mümkün qədər yaxşı görünən bir qadın olmaq istəyirəm.

İnsanlar tez-tez soruşur ki, bu yaşımda necə belə yaxşı görünə bilirəm. Cavab belədir: Xoşagəlməz insanlarla ünsiyyət qurmuram.

Əlaqələr və kişilər haqqında

Seksual yaxınlıq ancaq musiqi və dua ilə müqayisə edilə bilər.

Yanlış insanın yanında özünü tək hiss etməkdənsə, tək olmaq daha yaxşıdır.

Qadın ancaq orqazmı oynaya bilər, kişilər isə sevgini təqlid edir.

Bir gün qızlar bir vaxtlar özlərinin evlənmək arzusunda olduğu kişiyə çevrilir.

Sizdən daha çox problemi olan insanla heç vaxt yatağa girməyin.

Həqiqi tənhalıq odur ki, ətrafında olan heç bir insan səni anlamır.

Sevgi qaranlıqda buzlu dağa qalxmaq kimidir. Bircə yanlış addım və sən ölüsən!

Evlilik cəhənnəmin yer üzündə gördüyüm ən yaxşı inikasıdır.

Həyat və insan haqqında

Həyatda niyə yıxıldığınız yox, necə qalxdığınız önəmlidir.

İnsanlar dəyişməyə qorxur, onlar elə düşünür ki, nə isə itirəcəklər. Və unudurlar ki, onlar daha çoxunu əldə edə bilmək imkanından özlərini məhrum edirlər.

Hər bir ulduzun məşhur olmazdan əvvəl tanış olduğu bir dostu olmalıdır ki, onu yerində oturtsun. Çünki hər bir ulduz dünyada hər kəs kimi adi bir insandır.

Əvvəllər qalmaqal yaratmağı ancaq ulduzlar özünə icazə verirdi, indi məşhur olmaq üçün qalmaqal yaradırlar.

Digər insanların həyatını idarə edənlərin hamı ilə ədalətli və şəfqətli rəftar etməsi həqiqətən vacibdir, başqalarına qarşı seçici davranmaq doğru deyil.

Uşaqdan gözəl heç nə yoxdur, daha gözəli 3 və daha çox uşaq ola bilər.

Ölüm bir neçə dəfə qapımı döysə də, açmadım. O, mənə yenidən yaşamağı öyrətdi. Bu qapı taqqıltısı məni oyandırdı.

Özünüz üçün ən önəmlisini təyin edin, tətbiq edin və digərlərindən xilas olun.

Gənc olduğunuz zaman özünüzü yenidən yaratmaq və səhvləri düzəltmək üçün vaxtınız var. Müəyyən bir yaşa çatdıqda "Xoşunuza gəlsə də, gəlməsə də, mən buyam", - deyirsiniz.

Gənclik darıxdırıcıdır. Həmişə əsl qadın olmaq istəmişəm. Böyüyəndən sonra yanında sadəcə yaraşıqlı bir kişi olmasını istəyirsən, cavan olanda yanında yaraşıqlı kişidən daha darıxdırıcı heç nə yoxdur.

40 yaşım olduğunu dürüstcə etiraf etdikdən sonra Hollivud rejisor və prodüserləri qərara gəldilər ki, vəba olduğumu elan etmişəm. Əgər 40 yaşından yuxarı aktyorlarla çalışmaq istəmirlərsə, dünyadakı ən böyük səfeh onlardır.

Kişilər çox ağıllı olmalıdır. Yalnız sərvət və seksuallıq sevinc gətirə bilməz.

İti ağıl və gözəlliyin vəhdəti qarşısında heç bir kişi tab gətirə bilməz.

Sülh və əmin-amanlıq dünyada heç vaxt olmayacaq. Lakin onları siz öz təxəyyülünüzdə yarada bilərsiniz.

Uşaqların necə böyüdüyünə baxdığınızda, həyat və özünüz haqqında daha çox məlumat öyrənirsiniz.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 477
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
Özü ile barışıq qadındır. Özgüven tavan, kompleks 0.
Çox gözel fikirleri var en çoxda-
Yanlış insanın yanında özünü tək hiss etməkdənsə, tək olmaq daha yaxşıdır. bunu beyendim
Maraqlı xeber üçün teşekkürler.
21 avqust 2019 23:11
5
Mənim olan bu heart səni çox sevir!!!
Offline
KRALİCEM
Sitat: BARBI
Evlilik dunyadaki en boyuk cehennemdir

Niye??
21 avqust 2019 23:07
4
sukur verdiklerine
Offline
BARBI
Evlilik dunyadaki en boyuk cehennemdir
21 avqust 2019 22:56
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
İlaha
Maraqlı mətn idi. Qadınların üz ifadəsinin və əhvalının daim xoş olmasının gözəl libaslardan üstün olması fikri ilə razıyam. Bəyəndiyim sitatlar "Həqiqi tənhalıq odur ki, ətrafında olan heç bir insan səni anlamır", "Ölüm bir neçə dəfə qapımı döysə də, açmadım. O, mənə yenidən yaşamağı öyrətdi. Bu qapı taqqıltısı məni oyandırdı".
21 avqust 2019 22:26
2
Offline
diablo
Hmm maraqlı fikirlər bildirib
21 avqust 2019 21:16
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri