Mən bir az qəribə qadınam

Şərhlər: 2
Baxılıb: 2 138
Səs ver:
(səs: 0)
Mən bir az qəribə qadınam
Bir az qayğıya möhtac uşaq kimiyəm,
Bəzən evcilik belə oynaya bilərəm.
Bir az sıxıcıyam,
Məsələn, şeirləri sevərəm, 
Misralara aşiq olaram.
Deyirlər, ədəbiyyat sevən qadınlar sıxıcı olur. Duyğulu insanların sıxıcı görünməsi onların deyil, Emosialardan kasad adamların çoxluğundan qaynaqlanır.
Bilirsən, əslində bir az da dəli-doluyam.
Şəkər pambığı, şokoladlı keksi daha böyük şeylərə dəyişə bilmərəm.
Bulvara ancaq qağayılara simit atmaq üçün gedərəm.
Dedim də, bir az qəribə qadınam.
Qadın dedim də, yadıma düşdü.
Bilirsən, burda qadın olmaq da çətindi.
Himayə adı altında əzərlər səni.
Anidən ağlayaram, göz yaşımla gülüşüm gizlənqaç oynayar.
Özlədiyimdə hirsimi səndən çıxaram.
Niyə özünü özlədirsən deyə küsərəm,
Məsələn, yağmurda islanmağı sevərəm,
Yağdımı evdən bayıra çıxar, saatlarla gəzərəm yağmurun altında,
Çətirsiz həm də qorunmasız
Bir mahnıdan kövrələrəm,
Bir şeiri yaşayar,
bir filmdə canlanan obraz olaram.
Darıxdımmı, pəncərəni açar,
əllərimi havaya qaldırıb gözlərimi yumaram.
Mən qəribə qadınam.
İçimdə bir uşaq gizlənib,
Böyüməyəcək olan o kiçik qızı da sevməlisən,
Məni sevmək üçün şeiri sevməlisən,
Duyğuları, hissləri sevməlisən
Mən qəribə qadınam.
Məsələn, kofe qoxusundan sonra pozitivliyə köklənərəm
Bax, adam, mən qəribə qadınam. Ya Sən?
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri