Yalnız qadınlar... (vaxtınız varsa oxumadan keçməyin)

Müəllif: Aykam2001
Şərhlər: 9
Baxılıb: 2 228
Səs ver:
(səs: 1)
-Yalnız qadınlara acıyan gözlərlə baxan bir cəmiyyətdə yaşamaq toxunur adama.
Yalnız qadın,istənməyən,seçilməyən,bəyənilməyən,ağıllı olmayan,yemək bişirə bilməyən,paltar yuya bilməyən qadın deyildir.
Yalnız qadın,özgüvənini bir adamın sevgisindən qazanmayan,bəyəndiyi ayaqqabını almaq üçün başqasının kredit kartına ehtiyac duymayan,biri istədi deyə deyil,istədiyi üçün aşiq olan,aşiq olmaq üçün ətrafdakıların sözünü deyil,ürəyini istifadə edən,evlənmək üçün qarşısına çıxan ilk insana bağlanmayan,bağlandığının adam olmadığını anlayınca da,onsuz hansı deyil ki deyərək özünü,qürurunu,mənliyini heçə saymayan qadındır.
Yalnız qadın seçim etmişdir.Əvvəl özünü sevməyi öyrənərək,cəmiyyətə qarşı dirənərək,həyatı da özüylə birlikdə sevərək dimdik dayanmışdır.
Yalnız qadın,özünə,çevrəsinə,hobbilərinə zaman ayıraraq çoxda yalnız olmadığını anlamışdır.Böyük və ən doğru sevgiyə özünü sevməyi bildiyi üçün yelkən açmışdır.Özünü təsdiqlədikdən sonra kimsənin təsdiqləməsinə ehtiyacının olmadığını anlamışdır.Biriylə birlikdə olmaq və hər nə olursa olsun o ilişgini davam etdirməyin bir nəticə vermədiyini anlamışdır.Özünü itirəcəyinə,digərini itirməyi gözə almışdır.
Yalnız qadın yemək bişirəcəyinə gün gəlib bir kitab yazmışdır və bir çox qadını bu şəkildə yalnız qoymamışdı.
Yalnız qadın,aynaya baxdığında,yastığa başını qoyduğunda,güldükdə,bir mahnıda ağladıqda,keçmişinə və gələcəyinə baxdıqda hüzurluysa əslində heç amma heç yalnız qalmamışdır...
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri