Qadınlar genital bölgələrini necə təmiz saxlamalıdır? - Çoxunuz bilmirsiniz!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 113
Səs ver:
(səs: 0)
Qadınlar cinsi orqanlarını (vagina) necə təmiz saxlamalıdır? Qadın cinsi orqanı sabunla, yoxsa kimyəvi tərkibli yuyucu vasitələri ilə yuyulmalıdır? Bu kimi suallar əksər qadınları düşündürən və bəlkə də hələ də cavabını bilmədiyi məqamlardan biridir.

Qadinla.com mövzu ilə bağlı türkiyəli mütəxəssis Bektaş Yıldırımın məsləhətini təqdim edir:

- Qadın cinsiyyət orqanı sabunla yuyulmamalıdır. Çünki vaginanın içində asitik (turş) mühit var və sabunun həmin mühiti pozma ehtimalı çox yüksəkdir. Lakin xarici genital sahə yuyula bilər. Vaginanı sabunla yumaq yandırma hissinə səbəb ola biləcəyi kimi, bu bölgədəki xoş xassəli bakteriyaların və bədəni müdafiə elementlərinin yox olmasına gətirib çıxara bilər. Bu isə ciddi infeksiyalara yol açar. Vagina üçün istehsal olunan təmizləmə vasitələri sadəcə xarici genital bölgə üçün hazırlanır.

- Normal olaraq bədənin xaricə baxan hər hissəsinin özünü təmizləmə mexanikası vardır. Dolayısıyla vaginanın da özünə məxsus təmizləmə mexanikası var. Vaginanın içində davamlı olaraq mövcud olan ifrazat ordakı bakteriyaları öldürmək üçün nəzərdə tutulan lökositlər və bəzi xoş xassəli bakteriyalarla zəngindir. Ona görə də vaginaya heç bir şey edilməsə də təmiz qala biləcək bir mühitdədir. Təmizlik məqsədi ilə münasib olmayan şeylərlə müdaxilə edilərsə, bu vəziyyət vaginaya mənfi təsir edə bilər. Çünki vaginanın daxili hər hansı infeksiyaya tutulmayıbsa, sözügedən təmizlənməyə ehtiyacı yoxdur.

- Kosmetik təmizləmə vasitələrinin içərisində bir çox kimyəvi maddələr olur. Bunlardan hər hansı birinə qarşı allergik reaksiya yaranarsa, “vajinit” adlanan çox ciddi vagina infeksiyaları və ya iltihablaşma yarana bilər. Vaginanın təbii mühiti vardır və oradakı təbii bakteriya mühiti pis xassəli bakteriyaları uzaqlaşdırmak üçün daim fəaliyyətdədir. Ona görə də vaginanın təmizliyi zamanı kimyəvi vasitələrdən istifadə olunarsa və həmin təbii bakteriya mühiti pozularsa, infeksiyalar meydana gələr. Bir sözlə, kosmetik vasitələrin birbaşa olaraq vaginanın daxilinə tətbiq edilməsi məsləhət görülmür.

Firuzə Alimova
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri