Siqaret çəkən qadınların nəzərinə: ŞOK TƏSİRLƏRİ

Şərhlər: 3
Baxılıb: 250
Səs ver:
(səs: 0)
Dünyada hər il 6 milyon insan tütünün təsirindən, onun yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Onların arasında 900 000 nəfəri passiv tütün çəkənlər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, tütün tüstüsü dünyada ölüm riski yaradan 8 xəstəlikdən 6-nın inkişafında əsas səbəb sayılır. Burada ilk növbədə ürəyin işemik xəstəlikləri, baş beyin insultları və digər təhlükəli xəstəliklər qeyd olunur. Medicina.az maraqlı araşdırmanı təqdim edir.

ABŞ alimlərinin tətqiqatlarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq. Doğrudur, demək olar ki, bütün siqaret qutularının üstünə "Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir” xəbərdarlığı yazılsa da, buna əhəmiyyət verən azdır və siqaret aludəçilərinin sayı durmadan artır.

Mütəxəssislər bildirir ki, siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə vardır. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfin qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir. Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb.

Siqaret dərinin də ən böyük düşmənidir. Dəriyə su verən qan damarları siqaret çəkdikdən sonra bir neçə dəqiqə büzülür. Dəridə rəng dəyişikliyi əmələ gəlir və erkən yaşlanır. Diş ətləri çirkli və murdar bir görünüş qazanır, diş əti xəstəlikləri ortaya çıxır. Ağızda dadbilmə qabiliyyəti yoxa çıxır. Dodaq, dil xərçəngi riski artır. Qırtlaq və nəfəs borusunda iltihablanma, xroniki faringit, səs tellərində xərçəng riski müşahidə edilir. Gözlərdə katarakt və irəli yaşlarda korluq meydana gəlir. Mədə və yemək borusunda xora, qanama, qastrit və xərçəng riski artır. Əllərdə və barmaqlarda saralma, dırnaqlarda zəifləmə müşahidə edilir. Sümük və skelet sistemi pozulur, sümük əriməsi meydana gəlir.

Araşdırmalar onu göstərib ki, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur.  arasında qadınlar da az deyil. Qonşu Rusiya, Türkiyə dövlətlərində qadınların siqaret çəkməsi adi hal kimi qarşılanır. Lakin Azərbaycanda gəldikdə, son vaxtlar ölkədə siqaret çəkən qadınların sayının artdığı deyilsə də, cəmiyyətimizdə qadınların siqaret çəkməsi birmənalı qarşılanmır, zəif cinsin nümayəndəsi kimi onlara bu aludəçilik yaraşdırılmır.

Statistik məlumata görə, Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Əvvəllər ölkədə siqaret çəkən qadınların sıfır faiz təşkil etdiyi deyilsə də, son araşdırmalara görə, hazırda qadınların 1,5 faizi siqaret çəkir. Onların çox az qismi ictimaiyyətdən siqaret çəkdiyini gizlətmir.

Siqaret çəkən məşhur xanım sənətçilərimiz də var ki, onlar bu vərdişlərini heç də gizlətmirlər. Məsələn, xalq artistləri Nisə Qasımova, Aygün Kazımova, bəstəkar Nailə Mirməmmədli və sairə. Eləcə də tanınmış ictimaiyyət nümayəndələri arasında siqaretdən istifadə edənlər az deyil. Onlardan biri hüquq müdafiəçisi Novella Cəfəroğludur.

54 il siqaret çəkdiyini deyən hüquq müdafiəçisi gənc xanımlara bu vərdişdən uzaq durmağı məsləhət görüb:

"Özüm 54 il çəkmişəm və çox sevinirəm ki, 5 ildir bu vərdişimi tərgitə bilmişəm. Qətiyyən, xüsusilə cavanlara siqaret çəkməyi məsləhət görmürəm. Çünki hazırda onun fəsadları mənim səhhətimdə özünü göstərir. Həm tez qocalacaqlar, həm də üzlərində qırışlar əmələ gələcək. Xüsusilə ağciyərlərdə böyük problemlər, immun çatışmazlığı yaradır. Düşünürəm ki, cinsindən asılı olmayaraq hər kəsə siqaret çəkmək yasaqdır, xüsusilə zərif cinsin nümayəndələrinə. Həqiqətən də yaxşı vərdiş deyil”.

"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə yeniyetmə, məktəb yaşında qızların siqaret aludəçisi olmağının böyük narahatlıq doğurduğunu deyib:

"Qeyd etdiyiniz kimi, Rusiyada, Türkiyədə qadınların siqaret çəkməsi ayıb hesab olunmur, pis qarşılanmır. Artıq Azərbaycanda da müəyyən sayda siqaret çəkən xanımlarımız var. Təbii ki, mən bunu ayıb hesab etmirəm. Lakin yeniyetmə, məktəb yaşında olan qızların əlində siqaret görəndə bu, məni çox narahat edir. Çünki siqaret insan bədəninə, sağlamlığa xeyli ziyandır, fəsadları çoxdur. Gənc nəsil getdikcə buna alışır. Halbuki Avropada artıq ictimai, iş yerlərində siqaretin ziyanlı olduğu barədə maarifləndirici işlər aparılır, qapalı yerlərdə siqaret çəkmək qadağan olunur, bu qaydaları pozanlar isə cərimə edilir. Bizdə də bu cür maarifləndirici tədbirlər görülməlidir. Xüsusən də analar yeniyetmə qızlara nəzarət etməli, onları bu vərdişə sövq edən əhatəsini yox etməlidirlər. Beləliklə, gənc qızlarımızın bu vərdişə yiyələnməməsi üçün müxtəlif formalarda maarifləndirici işlər aparılmalıdır”.

Mütəxəssislər bildirir ki, siqaret çəkən qadınlar üçün ölüm riski daha böyükdür. Belə ki, gündə 20 siqaret çəkən qadınlar arasında ürək tutması və ya insult təhlükəsi ilə qarşılaşanların sayı kişilərə nisbətən hər 100 nəfərə 7 nəfər çoxdur. Gündə 1 siqaret çəkənlər arasında bu göstəriciyə görə qadınlar 100 nəfərə 3 nəfər qabaqdadırlar.

Həmçinin siqaret qadın ömrünü 15 il qısalda bilir.
Bir çox qadınlar siqaretin o qədər də zərərli olmadığını düşünür. Bir çoxları arıqlamaq, bəziləri müstəqil və ya cazibədar görünmək üçün siqaret çəkməyə başlayır. Əslində isə siqaret potensial ölümdür. Həkimlər bildirir ki, ölü doğum, doğum sonrası ölüm və ani körpə ölümü sindromu riski siqaret çəkən analarda daha çoxdur. Ananın siqaret çəkməsi körpə və kiçik uşaqlarda astma xəstəliyinə də səbəb ola bilir.

Uzun müddət siqaret tüstüsünə məruz qalmış uşaqlarda qulaq və tənəffüs infeksiyaları riski daha çoxdur.

Psixoloqlar bildirir ki, siqaretdən asılılığın iki istiqaməti var - fiziki və psixoloji asılılıq. Fiziki asılılığı siqaretdəki nikotin maddəsi yaradır. Özünə inanmayan, problemlərdən qaçan insanlar psixoloji asılılığa daha meyllidir. Nikotin asılılığı olan şəxslərdə siqareti buraxdıqdan sonrakı ilk 3 gün ən çətin dövrdür. Bu dövrdə narahatlıq, əsəbilik, konsentrasiya çətinliyi ortaya çıxır. Bu 3 günü siqaretdən uzaq qala bilən insanlar onu tərgitmək iradəsinə malik olan insanlardır.

Psixoloji asılılığı olan insanlar isə bunu bir psixoloqun köməyi ilə tərgidə bilər.

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aykam2001
1-2 dəfə sınamışam düzü amma öskürmə tutub məni amma belə xoşum gəlir )) qoxusu tüstüsü qəşəng olur
17 sentyabr 2019 20:17
3
“Danse comme si personne ne te regardait. Aime comme si tu n’avais jamais été blessé(e). Chante comme si personne n’écoutait. Vis comme si c’était le paradis sur terre.”
Offline
Zuxa
Siqaret neinki qadina hec kisiyede yarasmir
16 sentyabr 2019 15:03
2
Offline
BARBI
Siqaret en pis asiliqlardan biridir.Qadina hec yarasmir.Hem qocaldir hem de pis qoxusu var
16 sentyabr 2019 10:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri