Saqqallı,yoxsa təraş olunmuş kişilər? - Qadınların seçimi

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 692
Səs ver:
(səs: 1)
Əvvəllər saqqal saxlayan insanlar çox yaxşı qarşılanmırdı. Bu insanlar səliqəsiz insanlar kimi qəbul edilirdi. İndi isə kişilər arasında saqqal saxlamaq dəb halı alıb.

Qadlnka.Com bildirir ki, Avstraliya və Finlandiya universitetlərində bununla bağlı maraqlı tədqiqat aparılıb. Belə ki, 8 min 500 qadının qatıldığı tədqiqatda onlara kişilərə məxsus fotoşəkillər göstərilib. Öyrənmək istəyirlər ki, qadınların diqqətini saqqalı, yoxsa təraş olunmuş kişilərin rəsmləri çəkəcək?

Alimlərin araşdırmaları nəticəsində maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, sözügedən 8 min 500 qadının əksəriyyəti üzü tüklü kişiləri daha çox bəyəniblər və onlarla daha uzun münasibət yaşayacaqlarını düşünürlər. Təraş olunmuş kişiləri isə əsasən, qısa müddətli münasibət üçün seçirlər.

Mütəxəssislərin fikrincə bu cür kişilər qadınlara daha güclü görsənir, onlarda inam və güvən hissi yaradırlar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri