Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 6 681
Səs ver:
(səs: 0)
Nimfomaniya cinsi davranışa nəzarət edə bilməmək halıdır. Cinsi asılılıq, hiperseksuallıq və məcburi cinsi davranış kimi fərqli adlarla da tanınır.

Bu hal qadınlarda hiperseksuallığa verilən xüsusi bir addır. Kişilərdə belə hal satiriasis adlanır. Narahatlıq içində görünən daimi cinsi düşüncələr qadınların işləmək, münasibət qurmaq və gündəlik fəaliyyət göstərmək qabiliyyətinə təsir göstərir.

Nimfomaniyanın narkotik aludəçiliyi ilə bəzi oxşar cəhətləri olmasına baxmayaraq, burada insan bir maddədən yox, fəaliyyətdən asılıdır. Nimfomaniyadan əziyyət çəkən qadınların tipik davranışlarına nəzarət edilə bilməyən mastrubasiya, davamlı porno izləmə, cinsi istəyə qarşı çıxa bilməmək və həddindən artıq seks istəmə halları aid edilir.

Mütəxəssislər bildirir ki, müalicə simptomlarıidarə etməyə kömək edə bilər. Müalicə olunmadıqda bu hal zamanla daha da pisləşə bilər.

Nimfomanianın səbəbi nədir?
Nifomaniyanın dəqiq səbəbi məlum deyil. Ancaq bəzi nəzəriyyələr irəli sürülmüşdür. Bunlar keçmiş cinsi travma nəticəsində yaranan psixoloji və emosional problemlərlə əlaqədardır. Məsələn, təcavüzə məruz qalan qadınlar bəzən şəxsi cəza forması kimi həddindən artıq cinsi davranışla məşğul ola bilərlər.
Bəzi qadınlar üçün seks uşaqlıq zamanı istismar və ya travma ilə mübarizə mexanizmi ola bilər.

Nimfomaniya ilə əlaqəli olduğu düşünülən amillərdən bəziləri isə bunlardır:
Beyindəki təbii kimyəvi maddələrin balansının pozulması. Beyindəki serotonin, dopamin və norepinefrin kimi neyrotransmitterlər adlanan bəzi kimyəvi maddələr insanların əhvalının tənzimlənməsinə kömək edir. Bu kimyəvi maddələrin yüksək səviyyədə olması hiperseksualizmlə əlaqələndirilə bilər.

- Bəzi psixiatrik xəstəliklər

- Hiperseksuallıq depressiya, sinir pozğunluğu və bipolyar pozğunluq kimi psixiatrik xəstəliklərin bəzi formalarında simptom kimi görünə bilər. Nevroloji problemlər

- Nimfomaniya nadir hallarda epilepsiya, baş travması kimi bir nevroloji xəstəliyin nəticəsi ola bilər. Məsələn, nevroloji xəstəlik olan Klüver-Bucy sindromunda hiperseksuallığa daha çox rast gəlinir. Bunun nəticəsində həddindən artıq qidalanma, ağıza uyğun olmayan əşyaların yerləşdirilməsi və hiperseksuallıq kimi davamlı simptomlarla müşayiət olunur.

Nimfomaniyanın fəsadları:
Müalicə olunmayan, məcburi cinsi davranış güclü günahkarlıq hissi və özgüvən yoxluğuna səbəb ola bilər. Bəzi xəstələrdə ağır narahatlıq və depressiya inkişaf edə bilər.

Digər ağırlaşmalara bunlar aid edilə bilər:
-Ailə problemləri və boşanmalara
-Maliyyə problemləri
-Cinsi yolla keçən xəstəliklərə
-Qanunsuz davranışlara

Əgər qadınlar cinsi davranışlarına nəzarəti itirdiyini düşünürsə, xüsusən də bu digər insanlara problem yaradırsa, bir həkimdən kömək istəməkdə fayda var. Çünki cinsi istəklə bağlı davranışlar zamanla qalxmağa meyllidir. Buna görə bir problem aşkar edildikdə kömək almaq müalicəni asanlaşdıra bilər.

Dərhal peşəkar kömək tələb edən vəziyyətlərdən bəziləri isə bunlardır:
•Cinsi istəklə bağlı başqa problemlərin varlığı və sekslə bağlı davranışlar nəzarətdən çıxarsa; Şəxs nəzarətsiz cinsi davranışlar səbəbiylə özünə və ya ətrafına zərər verə biləcəyindən qorxursa;

•İnsan problemlərinə görə beynində intihar düşüncələri varsa

Necə müalicə olunur?
Cinsi asılılıq əsasən psixoloq, psixiatr və ya cinsi terapevt kimi təcrübəli tibb mütəxəssislərinin müalicəsini tələb edir. Müalicə əsas səbəbdən asılı olaraq dəyişə bilər, lakin ümumiyyətlə psixoloji dəstək lazımdır. Bu hal zehni xəstəlik, narahatlıq və ya şəxsiyyət pozğunluğu ilə əlaqədardırsa, müalicə planının bir hissəsi olaraq dərmanlar verilə bilər. Nimfomaniyanın müalicəsində psixoterapiya və dərmanlar istifadə edilə bilər.

Terapevtik dərmanların tərkibinə digər pozğunluqlarda istifadə olunanlara bənzər antidepressantlar, anksiyolitiklər və ya antipsikotiklər daxil edilə bilər. Bənzər problemləri olan şəxslərdə fərdi və ya qrup müalicəsi cinsi asılılığa kömək edə bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri