Gerçəkdən güclü xanımların 9 ortaq xüsusiyyəti

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 1158
Səs ver:
(səs: 1)
Hamımız onlarla rastlaşmışıq, addım atdıqları hər yerə işıq saçan, güclü xanımlar. Daxil olduqları hər məkanı öz enerjisi ilə isidən, öz dəsti xətti ilə seçilən, parlaq xaraketerli, güclü olduqları qədər də zərif xanımlar.

Zahiri görünüş və fiziki gözəlliyin önəmi danılmaz olsa da, arzuolunan və güclü xarakterə sahib qadınları birləşdirən bir neçə ortaq cəhət də vardır.

Budur, güclü qadınların 9 ortaq xüsusiyyəti:

Güclü xanımlar təbəssümün gücünə inanır

Maraqlıdır ki, müstəqil və güclü qadınlar həyatı çox da ciddiyə almır, onlar gülüşün gücünə inanır və incimək əvəzinə hər bir çətinlikdə pozitiv nəsə axtarır.

Onlar diqqət cəlb etməyə çalışmır, amma diqqət mərkəzində olur

Bəli, onlar hər zaman, olduqları hər yerdə insanların diqqətini özünə cəlb edir, əslində isə buna xüsusi can atmırlar. Əminliklə demək olar ki, onlar heç zaman diqqət dilənmir və əhəmiyyətsiz komplimentlərə zaman xərcləmirlər.

Həyatlarına görə özləri məsuliyyət daşıyır

Kimdənsə asılı olmağı sevmir, həyatları haqqında vacib qərarları özləri verir. Həmçinin öz səhvlərini etiraf etməyi bacarır, inkişaf etmək və qabağa getmək üçün ən müxtəlif situasiyalara uyğunlaşa bilirlər.

Həm emosional, həm də intellektual zəkaya sahibdirlər

Zəkanın imkanlarını genişləndirmək üçün sadəcə kitab oxumaq yetərli deyil və güclü xanım bundan agahdir. Onun həyata dair yaxşı cilalanmış bir yanaşması var, o, hər zaman sizi öz intellekti və emosiyaları idarəetmə bacarığı ilə heyrətləndirməyə qadirdir.

Nə istədiklərini yaxşı bilirlər

Güclü xanım öz ilham mənbəyini tapmış və onu inkişaf etdirmək üzərində əzmlə çalışır, bu onun sənəti, karyerası, hobbisi və ya inandığı digər bir şey ola bilər. Bu xanımlar öz “passion”larının arxasınca getməyi bacarır.

Qeyri adi dərəcədə ünsiyyət bacarıqlarına sahibdirlər

Güclü xanımların unikal ünsiyyət bacarıqları vardır. Onlar ilə söhbət emtək hər zaman insanlara zövq verər, bu söhbətlər məzmunlu, tutarlı və maraqıdır. Onlar həm də çox yaxşı dinləyicidirlər və konflikt həll etmə qabiliyyətinə sahibdirlər.

Onlar özünə-inam mücəssiməsidir

Dərin özünə-inam hissi bəlkə də güclü xanımların bir nömrəli xüsusiyyətləridir. Heç nə özünə-inam qədər bir xanımı daha cəlbedici göstərə bilməz, əsas odur ki, eqonun əsiri olmayasan.

Mənəvi cəhətdən güclüdürlər

Keçmişin hamar və ya kələkötür keçməsinə baxmayaraq, güclü xanımlar keçmişdə yaşananları bir təcrübə olaraq qəbul edib, ondan dərs almağı bacarırlar. Bu, isə onları indiki zamanda daha güclü birinə çevirir. Keçmişi dayanmadan vərəqləməkdənsə, onlar yaşadıqları andan zövq almağı bacarır.

Empatiya qurmağı bilirlər

Heç sübhəsiz ki, empatiya ən çox arzulanan xarekterik xüsusiyyətlərdən biridir. Yuxarıda sadalanan xüsusiyyətlərə baxsaq, empatiya hissinin güclü xanımlarda da üstün olması çox təbii görünür. Baxmayaraq ki, onlar çox zaman məsafələri qorumağa çalışır, gərək olduğunda ilk köməyi, məsləhəti və ya ağlaya biləcəyiniz çiyini sizə təqdim etməyə hazırdırlar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1158
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Gucluyem hec kese eyilmeyi sevmirem
15 aprel 2020 15:15
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
_pandam_
Her qadın güclü olmalıdı yaşamaq üçün..)
15 aprel 2020 03:00
5
_Tək_ İL_
Güclüyəm. Çünki istəməsəm belə gülməyi bacarıram. Güclüyəm çünki əymək istəsələr də Allaha yalvarıb güc istəyirəm və əyilmirəm. Güclü biri olduğuma adım qədər əminəm.
15 aprel 2020 01:15
4
Dəli ^_^
Lusi
Güclü olmağa nə var? :)
Bacarırsızsa xoşbəxt olun...
Yene yazar ruhum tutub nə isə)
15 aprel 2020 01:12
3
'- Dünya mavidir, tıpkı portakallar gibi ^^
Miss_Oxatan
Biri benden bahs etmiw ayo)))
15 aprel 2020 00:47
2
#flatearth
Gül.
Ozumu guclu hesab edirem, ancaq men bir anayam bezen fedakarliq etmeliyem. Burda yazilan xususiyyetlerin ekseriyyeti movcud
14 aprel 2020 23:10
1
19

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri