Qadın niyə incəliyini itirir? - ƏSAS FAKTORLAR

Müəllif: Gül.
Şərhlər: 6
Baxılıb: 1602
Səs ver:
(səs: 0)
Bir çox müvəffəqiyyətli qadın şəxsi həyatda uğur qazana bilmir. Deyirlər ki, kişilər onlara əhəmiyyət vermir. Evli qadınlar münasibətlərində soyuqluqdan, xüsusilə kişilərin daha əvvəlki kimi onların qayğısına qalmamasından gileylənir.

Təəssüf ki, bütün qadınlar buna nəyin səbəb olduğunu başa düşmür. Çox güman ki, qadın incəliyini itirdiklərini etiraf etməyə cəsarət etmirlər. Odur ki, bu məsələni genişləndirməyə dəyər.

1. Tələskənlik, vurnuxma

Əgər qadın bir çox məsuliyyəti öz üzərinə götürürsə, o zaman öz görünüşünə ayırmağa vaxt tapmır. Məsələn, qadının kiçik uşaqları varsa, o zaman əksər vaxtını onlara həsr edir. Qadınların çoxu ana olduqdan sonra baxımsız görünür. Axı qadının planlaşdırdığı bütün işləri yerinə yetirməsi üçün vaxt qazanması vacibdir. Odur ki, vurnuxma qadın incəliyinin itməsinə gətirib çıxarır.

2. Həddindən artıq ictimai fəaliyyət

İctimai fəallar adətən tənha olur. Ailədə özlərini realizə edə bilmirlər. Bu baxımdan qüvvələrini ictimai fəaliyyətə yönəldirlər. Nəticədə onların qadınlığı tamamilə itir.

3. Sevmədiyi işləri yerinə yetirməsi

Qadın sevdiyi işi edərkən ən yaxşı keyfiyyətlərini ortaya qoyur. Xoşlamadığı işlə məşğul olduğu zaman isə xarakterində kişilik xüsusiyyətləri yaranmağa başlayacaq. Beləliklə, qadın cəlbedici və incə olmağı dayandıracaq.

4. Kişi geyimlərinə üstünlük verilməsi

Cins geyimlər və şalvarlar qadın bədən quruluşunu vurğulaya bilər. Bundan əlavə, onlar çox əlverişlidir. Ancaq onları daim geyinmək qadınlığı unutdurur. Psixoloqlar hesab edirlər ki, hər qadının qarderobunda ətək və don çox olmalıdır. Onu da qeyd etmək lazımdır ki, qadın qarderobunun parlaq geyimlərdən ibarət olması tövsiyə edilir.

5. Uğursuz saç düzümü

Buna sadəcə qısa saç düzümünü daxil etmək lazım deyil. Qadını cəlbedici göstərməyən saç düzümü rahat, lakin ona yaraşmayan və gözəl olmayan kəsimlərdir. Belə bir saç düzümündə qadın cəlbedici ola bilməz.

6. Heç bir aksesuardan istifadə etməyən qadın

Xanım görünüşünə cazibə əlavə etmək üçün bəzək və zərgərlik əşyaları istifadə etməlidir. Heç bir bəzək əşyalarından istifadə etməyən qadının imici darıxdırıcı görünür. Ətrafda belə təəssürat yaranacaq ki, qadınlıqdan məhrumsunuz.

7. Baxımsız qadın

Əgər qadın xarici görünüşünün qayğısına qalmır və baxımsızdırsa, kişi üçün maraqlı olmayacaq. Odur ki, istənilən qadın kosmetikadan minimum da olsa istifadə etməli və saçlarını təmiz saxlamalıdır.

8. Heç bir maraqları olmayan qadın

Şəxsi maraqları və məşğuliyyəti olmayan qadın kişilər üçün maraqlı olmayacaq. İstənilən qadının yaradıcı təbiəti olmalıdır.

9. İdarə etməyi sevən qadın

Belə qadınlar kişi xarakterinə malikdir. Qadın idarəçiliyə meylli olmamalıdır, onun başlıca missiyası kişini ilhamlandırmaqdır.

10. Qalmaqal

Əgər qadın daim mübahisə edirsə, o, kişinin gözündə maraqlı olmayacaq. Hələ ki, qalmaqal heç bir qadını gözəlləşdirməyib. Artıq qadın incəliyinin itməsinə səbəb olan ən ümumi səbəbləri bilirsiniz. Odur ki, özünüzü yaxşıya doğru dəyişə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1602
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
Burda yazilanlarin bir neçesini istemesekde etmeye mecbur qaldigimiz vaxtlar olub ve olur.sadece diqqet etmeliyikki dozunu qacirtmayaq
13 aprel 2020 23:21
6
#flatearth
_pandam_
Doğrudur. Nece deyerler çirkin qadın yoxdu baxımsız qadın var)
13 aprel 2020 16:54
5
Cema_Axodova
Qadınların çoxu ana olduqdan sonra baxımsız görünür.
Men ele olmuwam lap :)))duzdu sacima qawima hemiwe vaxtim var AMA yenede baxiram qiz vaxti kimi baximli deyilem.uwaqlar yoldawim ev iwleri ozum axirinci plandayam
13 aprel 2020 13:48
4
p.s
tatyana
Tamamile dogru fikirlerdir, tam razıyam, esasende qısa sac kesimi ve kişi geyimlerine üstünlük vermek qadını qadınlıqdan uzaqlaşdırır, tşk faydalı ve maraqlı xebercün
13 aprel 2020 13:13
3
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
BARBI
Dogrudur.Bu qadinlarda gozden salan xususiyyetlerdi
13 aprel 2020 12:16
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Naz_S
2. Həddindən artıq ictimai fəaliyyət

İctimai fəallar adətən tənha olur. Ailədə özlərini realizə edə bilmirlər. Bu baxımdan qüvvələrini ictimai fəaliyyətə yönəldirlər. Nəticədə onların qadınlığı tamamilə itir.

Bu heqiqeten beledir.
Tewekkurler
13 aprel 2020 11:43
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri