Qocalanda ağılı itirməməyin sadə yolu tapılıb

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 3 114
Səs ver:
(səs: 0)
ABŞ-da Stouni Bruk Universitetinin alimləri qocalma ilə əlaqəli neyrobioloji dəyişikliklərin 50 yaşına yaxınlaşan insanlarda baş verdiyini müəyyənləşdiriblər.
Qadınla.Com bildirir ki, MedicalXpress-in xəbərinə görə, istehlak edilən karbohidratların miqdarını azaltmaqla bunun qarşısını almaq olar.
Tədqiqatçılar 18-88 yaş arası 1000 nəfər üzərində təcrübə apararaq, onlara funksional maqnit-rezonans beyin tomoqrafiyası tətbiq ediblər.
Yaşlandıqca idrak funksiyalarının azalması və insulin müqavimətinin artması ilə əlaqələndirilən beyin bölgələri arasındakı funksional əlaqələrin pozulmasının ortaya çıxdığı məlum olub.

Bildirilir ki, diabet öncəsi vəziyyət və 2-ci tip diabet neyronları qlükozanın effektiv metabolizmi prosesinə maneə törədir.
Elm adamları beyinin sabitliyini iki pəhriz ilə qiymətləndirirlər: müntəzəm və az karbohidrat - hansı ki, tərkibində şəkər, düyü və nişastalı tərəvəzlər istisna olmaqla salat, ət və ya balıq var.

Nəticələr beyinin qocalma əlamətlərinin artıq 47 yaşında, ən sürətli formada 60 yaşında ortaya çıxdığını göstərib. 50 yaşdan kiçik şəxslərdə belə pəhriz beyinin fəaliyyətini artırıb və funksional şəbəkələrini sabitləşdirib.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri