Qadınların heç kəslə paylaşmaq istəmədiyi ÖZƏL ƏŞYALARI

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 3231
Səs ver:
(səs: 3)
Makiyaj materiallarınızı heç kimlə paylaşmamaq, əslində ən yaxşı qərardır. Ancaq məcbur qaldıqda qadınlar bir-birilərinə kömək etməyi sevirlər. Əgər rəfiqələrimizdən biri bizdən hər hansı makiyaj məhsulumuzu istəsə və verməsək, yaxud əksinə olsa, təbii ki, bu hal bizi üzəcək. Elə bu anda düşünməyimiz lazım olan bir məsələ var: şəxsi məhsullarımızı paylaşmaq sağlamlığa zərərlidir..

Bəs bu məhsullar hansılardır?
Makiyaj süngəri və fırçaları
Makiyaj fırçaları və süngərləri mikrobları özünə hopduraraq, uzun müddət tərkibində saxlayır. Belə olduğu halda nəinki başqası ilə paylaşmamalı, özünüz istifadə edərkən vaxtaşırı fırçanızı və ya süngərinizi təmizləməlisiniz. Əks təqdirdə dərinizdə çox sayda mikrob və virus daşıya bilərsiniz.

Tuş
Bakteriyalar və göbələklər rütubətli mühitdə yaşamağa daha çox meyllidirlər. Bu səbəbdən, yaş quruluşa sahib olan tuşda bakteriaların mövcud olması mümkündür. Bu, tuşunuzu bir başqası ilə paylaşmamaq lazım olduğunu bildirir. Gözlərinizin qızarmasının səbəbi başqaları ilə paylaşdığınız tuşlar ola bilər.

Dırnaq qayçısı
Dırnaq qayçıları fərdi qulluq məhsuludur. Əllərimiz xarici mühitlə ən çox ünsiyyət quran bir orqan olduğundan, əslində ən çox mikrob daşıyan orqanımızdır. Manikür edərkən öz şəxsi dırnaq qayçıları və digər ləvazimatlarımızdan istifadə etməliyik. Ailədə də hər kəsin şəxsi dırnaq qayçılarının olmasını təmin etməliyik.

Dodaq boyası
Bəlkə də başlığı görəndə ağlınıza gələn ilk şey elə dodaq boyası olub. Ağzımız bakteriyaların ən sıx olduğu yerlərdən biridir. Daim dilimizlə toxunduğumuz dodaqlarımızda da bədənimizdə olan bir çox bakteriyalar var. Bu səbəbdən dodaq boyalarını paylaşmaq yoluxma riskini artıracaq.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3231
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1981
Xəbər sayı: 0
♡Tək Nur♡
Mən şəxsi əşyalarımı paylaşmağı heeeç sevmirəm
27 noyabr 2020 20:49
3
Şərh sayı: 2054
Xəbər sayı: 0
♡iLK NUR♡
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
27 noyabr 2020 19:59
2
⚘İlk Nur⚘
Şərh sayı: 81387
Xəbər sayı: 30
BARBI
Mende sevmirem sexsi esyalari paylasmagi
27 noyabr 2020 19:08
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri