Qadınlar nə üçün yaşa dolduqca gözəlləşir?

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 5 869
Səs ver:
(səs: 1)
Gözəllik yaşamağı bilənlərə nəsib olur...

Bir neçə il əvvəl britaniyalı sosioloqlar qadınlar və kişilər arasında “Qadın gözəlliyini nə təşkil edir?” sorğusunu aparıb. Təəccüb edəcəksiniz, lakin kişilərin 70% -i bildirib ki, qadında diqqət etdikləri əsas özəllik özünə əminlikdir. Məhz bu keyfiyyət qadını arzuolunan edir. Razılaşın ki, özünə inam yaşla gəlir.

Bu yazıda oxucuları "Qadınlar niyə yaşlaşdıqca gözəlləşir?" sualının cavabları ilə tanış edirik.

Özünə inam o deməkdir ki, kompleksləri unudursan, zahiri görkəmindəki qüsurlara görə saatlarla vanna otağında gözlərin qızarana qədər ağlamırsan. Özünü olduğun kimi qəbul edəndə nəhayət ki, daxili rahatlığa qovuşursan.

Bu, hələ hamısı deyil. Kişilərin 47 faizi bildirib ki, qadınlarda zövq duyumunu yüksək qiymətləndirirlər. Onlar qadınlarda birinci məhz buna diqqət edirlər. Bəs zövq duyumu qadında nə zaman formalaşır?

Cavab sadədir: Hansı şalvarın və ya rəngin bizə daha çox yaraşdığını, hansı fasonların bizi daha zərif göstərdiyini, hansı aksessuarların gözəlliyimizi vurğuladığı biləndə və s. Doğrudur, zövq duyumu və geyim üslubu bizdə yaşımız artdıqca formalaşır. Siz bu fikirlə razı olmaya bilərsiniz. Amma bir çoxlarının bəyənmədiyi gənclik fotolarını gizlətməyə çalışdığını yada salmaq kifayətdir ki, bu məlumatın dəqiqliyinə şübhə yeri qalmasın.

Əslində, bu, təbii haldır. Dəbin nə olduğunu təzəcə anlamağa başlayan qızlar istəyir ki, bütün trendlərlə ayaqlaşsın. Nəticədə bu gün bizə gülməli gələn obrazlar şəkillərdə xatirə kimi qalır.

Qadınlar yaşlaşdıqca gözəl olur. Və burada təəccüblü heç nə yoxdur. Məktəb şəkillərinizi gizlətməyin, əksinə xronologiya üzrə özünüzü indiki və əvvəlki halınızla müqayisə edin. Etiraf edin ki, onlara gülmədən baxmaq olmur.

Ola bilsin ki, tələbəlik illərində seçdiyiniz hansısa saç düzümü sizi çirkin göstərsin. Amma bu gün həmin şəkillərdə özünüzə gülün. Çünki köhnə fotolara gülmək bacarığı onu göstərir ki, indi özünüzə daha çox əminsiniz.

Qadına gözəllik ilk doğuşdan sonra gəlir

Doğuşdan sonra qadın daxilən işıqlanır, üzünə nur gəlir. Bunu izah etmək çətindir, lakin qadınlar sirri yalnız onlara məlum olan gizli güc hiss etməyə başlayır. Bu, qadın gözəlliyini valehedici edir. Adətən, belə qadınların arxasınca dəqiqələrlə baxırlar. Və əgər siz hələ ana olmamasınızsa, deməli, hər şey qarşıdadır. Siz də bunu yaşayacaqsınız.

Gözəllik güclü məyusluqdan sonra gəlir

Təəccüblənəcəksiniz? Amma araşdırmalar göstərir ki, qadınlar aldığı ağır travmalardan və sarsıntılardan sonra dərin düşüncəli olur. Onları bundan sonra sındırmaq, xəyal qırıqlığına uğratmaq mümkün deyil. Onlar daha məktəbli qızlar kimi axmaq hərəkətlərə yol verməyəcəklər. Onlar əvvəlki kimi infantil (onun üçün hər şeyi valideynlərinin görməsinə öyrəşən böyük uşaq deməkdir) olmayacaqlar, hansı ki, bu xüsusiyyət qadınları kişilərdən itələyir. Razılaşın ki, uşaq kimi qadınlar səfeh görünür. Təcrübəli qadınlar isə həmişə müəmmalı təsir bağışlayır. O, anlamaq istəyir.

Gözəllik sevdiyiniz kişini tapanda gəlir

Aşiq olan qadınlar dərhal seçilir. Sevildiyini hiss etmək duyğusu qadına özünə əminlik bəxş edir və onu gözəlləşdirir. Xoşbəxtlik özü ilə birlikdə gözəllik gətirir. Düzgün seçilmiş kişi qadına kömək edir ki, günəş kimi işıq saçsın. Biz bizi sevən insanla həmişə daha gözəl işlər görürük.

Gözəllik özünü sevməyə başlayanda gəlir

Nə özünü əzizləmək, nə özünə haqq qazandırmaq, məhz özünü sevmək və özünə dəyər vermək hissi bizi gözəlləşdirir. Bu, çox asan deyil. Gənc qızlar bunu etmək gücünə malik deyil. Bu bacarıq yaşla gəlir. Yəqin ki, bu, qadın həyatında əsas qabiliyyətdir. Onu mütləq öyrənmək lazımdır.

Özünüzü dinləyin, güclü tərəflərinizi vurğulayın, zəif olduğunuz məqamlarda özünüzü məcbur etməyin. Əgər kədərlisinizsə, ağlamaq üçün rəfiqənizin yanına qaçmayın, evdə oturun. Əgər özünüzdən razısınızsa, hər fürsətdə özünüzü öyməyin. Özünə qarşı sevgi çox fərdidir. Ancaq o bizə çox lazımdır. Onsuz biz heç vaxt xoşbəxt olmayacağıq.

Təsəvvür edin ki, ömür boyu sevmədiyiniz insanla yaşamaq məcburiyyətindəsiniz. Necə də dəhşətli səslənir, elə deyilmi? Özünü sevmək də eyni ilə bunun kimidir. Ömrünüzün sonuna qədər sevmədiyiniz bədəndə yaşamaq və ona dözmək istəmirsinizsə, özünüzü sevməyi öyrənin. Heç kəsə icazə verməyin ki, həyatınızla oynasın, sizin üçün xeyirli olan qərarlar verin, heç kimə və heç nəyə görə dəyişməyə çalışmayın.

Gözəllik daxili harmoniyaya qovuşan qadına gəlir

Monika Belluççinin fotolarına baxın, o, necə də sakit və öz ayaqları üzərində dayana bilən qadındır. Bu səbəbdən də ona baxanda hər dəfə heyran olursan. Gözəllik isterikaları sevmir. Yaxşı ki, biz onları gənclik dövründə yaşayırıq. Yaxşı ki, yaşlaşdıqca biz, nəhayət, emosiyalara nəzarət edə bilirik. Sakit, təmkinli qadınlar həmişə diqqət cəlb edirlər və başqalarından həmişə bir addım öndə olurlar.

Yaş yalnız rəqəmlərdir, onlar heç nə ifadə etmirlər

Gözünüzün ətrafındakı qırışları sevin! Çünki onlar sizə nə qədər çox güldüyünüzü və xoşbəxt olduğunuzu xatırladacaq.

Gözəllik hər kəsdə fərdi şəkildə çiçəklənir və müxtəlif yaş dövrlərində özünü göstərir. Yeniyetməlik və gənclik illəri hamımız üçün gözəldir. Amma vurğulamaq yerinə düşər ki, biz özümüzlə yola getməyi yaşlaşdıqca öyrənirik. Biz özümü sevməyi zamanla öyrənirik. Və bu, bizə özünə inam verir. Odur ki, özünüzü keçmişiniz və bu gününüzlə sevməyi öyrənin.

Özünüzü hər yaşda sevin, siz çox gözəlsiniz! Amma hər ötən il daha güclü sevin! Arxayın və xoşbəxt olun! Və unutmayın, yaş yalnız rəqəmlərdir, onlar ümumiyyətlə, heç nə ifadə etmir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri