Bəşər aləmi yarandığı tarixdən qadınlar kişilər üçün gizli bir məxluq olub və olaraq da qalır. Əks cinsin nümayəndələrinə "Qadın dedikdə ağlınıza nə gəlir?” - sualını verdikdə cavablar müxtəlif oldu: zəriflik, incəlik, həssaslıq, gözəllik və s. Bu sualımızı daha dəqiqləşdirdikdə isə "Sükan arxasında qadın dedikə ağlınıza nə gəlir?”, cavablar isə belə oldu: intim, özünə inam, gizli ehtiras, cəlbedicilik, füsunkarlıq, məftunedicilik, gözqamaşdırıcılıq, temperament və sonda isə iş qadını.